Azərbaycan İkinci Liqası 2023/2024 — Azərbaycan Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan, Azərbaycanın ən yüksək 3-cü futbol liqası olan Azərbaycan İkinci Liqasının ilk mövsümüdür.

Birinci Liqada sonuncu yeri tutmuş komanda İkinci Liqaya düşür. İkinci Liqanın qalibi Birinci Liqaya yüksəlir. Birinci Liqada 9-cu yeri tutmuş komanda İkinci Liqanın 2-ci yerinin sahibi ilə I Liqaya vəsiqə uğrunda pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarətdir. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Pley-offda qalib olan komanda növbəti mövsüm Birinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə İkinci Liqada çıxış edəcək. İkinci Liqada sonuncu yeri tutmuş komanda yarışı tərk edir, Region Liqasının qalibi İkinci Liqaya yüksəlir. İkinci Liqada 13-cü yeri tutmuş komanda Region Liqasının finalçısı (2-ci yerin sahibi) ilə pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Bu iki oyunun nəticəsinə görə qalib olan komanda növbəti mövsüm İkinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə Region Liqasında çıxış edir.

Tarixi 16 iyun 2023-cü ildə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2023–2024-cü illər mövsümündən etibarən yarıpeşəkar statuslu Azərbaycan İkinci Divizionunun təsis edilməsi ilə bağlı qərar qəbul edilib. İlk mövsüm liqada 14 komanda çıxış edib.İkinci Liqada birinci yeri tutmuş komanda Birinci Liqaya vəsiqə qazanır.Sonuncu yeri tutmuş komanda Region Liqasına düşür. Sondan əvvəlki yerin sahibi isə liqada qalmaq üçün Region Liqasının qalibi ilə pley-offda mübarizə aparır. Yarış 2 dövrədən ibarətdir. 7 iyul 2023-cü ildə "Azərbaycan İkinci Divizionu"nun adı Azərbaycan İkinci Liqası olaraq dəyişdirildi.

Klublar

Ağdaş FK Baku Sportinq FK (Bakı) Cəbrayıl FK Dinamo (Bakı) Füzuli FK Göygöl FK Kürmük Qax FK Kür-Araz (İmişli) Lerik PFK Qusar FK Sheki City FK Şahdağ Qusar FK Şəfa FK (Bakı) Şəmkir PFK

Turnir cədvəli <onlyinclude>

Nəticələr Klublar bir-biri ilə 2 dəfə, ümumilikdə 26 matç keçirib.

1–26-cı turun matçları

"Ağdaş" - "Baku Sportinq" oyununun (2:4) nəticəsi ləğv edilib. 10.09.2023-cü il tarixində II Liqanın II turunun “Ağdaş” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində “Baku Sportinq” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə “Baku Sportinq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Baku Sportinq” klubu 400 manat cərimə edilir (maddə 61.6) "Şəmkir" - "Dinamo" oyununun (2:3) nəticəsi ləğv edilib. 19.09.2023-cü il tarixində II Liqanın III turunun “Şəmkir” – “Dinamo” oyununun 59-cu dəqiqəsində “Şəmkir” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 30 nömrəli futbolçu Kərəm Əhmədli meydançaya daxil olduğuna görə “Şəmkir” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Şəmkir” klubu 400 manat cərimə edilir (maddə 61.6) "Şahdağ Qusar" - "Cəbrayıl" oyununun (0:0) nəticəsi ləğv edilib. 26.09.2023-cü il tarixində II Liqanın IV turunun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 71-ci dəqiqəsində “Cəbrayıl” klubunun heyətində adı protokolda qeyd edilməmiş 17 nömrəli futbolçu Nurlan Quliyev oyuna daxil olduğuna görə “Cəbrayıl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Cəbrayıl” klubu 400 manat cərimə edilir (maddə 61.6) “Dinamo” – “Kür-Araz” oyununun (2:3) nəticəsi ləğv edilib. 23.102023-cü il tarixində II Liqanın VIII turunun “Dinamo” – “Kür-Araz” görüşünün 81-ci dəqiqəsində “Kür-Araz” klubunun heyətində matçın rəsmi protokolunda adı olmayan 18 nömrəli futbolçu Ceyhun Quliyev oyuna daxil olduğuna görə “Kür-Araz” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, komanda 400 manat cərimə edilir (maddə 61.6).

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə (83-cü dəqiqəyə kimi hesabda 1:2 “Sheki City” komandasının xeyrinə olub) “Göygöl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Göygöl” klubu 500 manat cərimə edilir və “Göygöl” klubuna növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilir. Bu sanksiya II Liqa oyununa aiddir (maddə 49.1, 23)

Yüksəlmə/düşmə pley-offları 2024/25 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş və 2024/25 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçlarında üz-üzə gələcəklər. Bununla əlaqədar mayın 25-i pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaq.

Yüksəlmə pley-off Birinci Liqada 9-cu yeri tutmuş komanda İkinci Liqanın 2-ci yerinin sahibi ilə I Liqaya vəsiqə uğrunda pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarətdir. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Pley-offda qalib olan komanda növbəti mövsüm Birinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə İkinci Liqada çıxış edəcək. İlk oyun 28 may, cavab oyunu isə 4 iyunda keçiriləcək.

Düşmə pley-off İkinci Liqada 13-cü yeri tutmuş komanda Region Liqasının finalçısı (2-ci yerin sahibi) ilə pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Bu iki oyunun nəticəsinə görə qalib olan komanda növbəti mövsüm İkinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə Region Liqasında çıxış edir. İlk oyun 29 may, cavab oyunu isə 5 iyunda keçiriləcək.

Bombardirlər Tural Qurbatov ("Şahdağ Qusar") - 32 qol

Elvin Nəsibov ("Cəbrayıl", "Füzuli") - 31 qol

Vüqar Əşrəfli ("Göygöl", "Qusar") - 23 qol

Röyal Nəcəfov ("Baku Sportinq") - 22 qol

Cavid İmamverdiyev ("Kür-Araz") - 19 qol

Həmçinin bax Azərbaycan Premyer Liqası 2023/2024

Azərbaycan Birinci Liqası 2023/2024

Azərbaycan Kuboku 2023-2024

İstinadlar

Kateqoriya:2023/2024 mövsümündə Azərbaycanda futbol