thumb|right|350px|Bizans dövründə İstanbuldakı yaşayış yerlərini göstərən xəritə. Roma imperiyası dövründə Bizanti adlandırılan şəhər dövləti girişinin ucunda qurulsa da, Konstantinopol adlandırıldığı Bizans dövründə isə bütün narıncı əraziyə yayılmışdır.
Bu siyahı İstanbulun mühasirələrinin siyahısı barədə məlumatları əhatə edir.
Bu gün Türkiyə sərhədləri daxilində yerləşən İstanbul tarix boyu dəfələrlə mühasirələrə məruz qalıb. Mərmərə dənizi ilə Qara dəniz arasındakı boğaza nəzarət nöqtəsində olan, Asiya və Avropanın quru əlaqəsi üzərində yerləşən, həmçinin Böyük İpək yolunun da keçdiyi bu şəhər strateji mövqeyinə görə dəfələrlə müxtəlif xalqlar tərəfindən ələ keçirilməyə çalışılıb.
Şəhərin qeydə alınmış ilk mühasirəsi e.ə.510-cu ildə Otanisin komandanlığı ilə Əhəmənilər imperiyası tərəfindən həyata keçirilmişdir. Bu uğurlu mühasirədən sonra şəhər farsların hökmranlığına girsə də, gələcəkdə azadlığını bərpa etdi. E.ə.70-ci illərdə Roma imperiyasının sərhədlərinə daxil olmasına baxmayaraq, 193–196-cı illərdə vətəndaş müharibəsi dövründə Lusi Septimi Sever tərəfindən mühasirəyə alınaraq, qismən talan edilənədək azad idi. 324-cü ildə I Konstantin tərəfindən ələ keçirildikdən sonra Nova Roma adı ilə Bizans imperiyasının paytaxtına çevrilmiş, daha sonra "Konstantinopol" adlandırılmışdır. 1453-cü il mühasirəsi nəticəsində Osmanlı imperiyası tərəfindən tutulana qədər Bizans hakimiyyəti altında qalan şəhər bu tarixdən sonra heç bir mühasirə görməmişdir.
Tarixi boyu otuz iki dəfə mühasirəyə alınan İstanbul; şəhər-dövləti və Roma dövründə on dəfə mühasirəyə alınmış, bunlardan altısı uğurlu olmuş, üç mühasirə dəf edilmiş, biri tərəflərin razılığı nəticəsində qaldırılmışdır. Bu mühasirələrdən üçü vətəndaş müharibəsi zamanı taxt-taca iddialı olan romalılar tərəfindən həyata keçirilmişdir. Bizans imperiyası dövründəki iyirmi iki mühasirədən beşi uğurlu olsa da, on ikisi nəticəsiz qalıb, beşi isə razılaşma nəticəsində ləğv edilib. Bu mühasirələrdən dördü daxili müharibələr zamanı baş vermiş, 1204-cü ildə baş verən Səlib mühasirəsi şəhərin süqutuna Latın imperiyasının qurulmasına və Bizans imperiyası sülaləsinin Nikeyada Nikeya imperiyasını qurmasına səbəb olmuşdur. 1261-ci ildə yenidən Bizans hakimiyyətinə keçən İstanbul 1453-cü ildəki son mühasirə ilə Osmanlıların əlinə keçdi və nəticədə Bizans imperiyası dağıldı. Şəhər Antanta qoşunları tərəfindən 1918–1923-cü illər aralığındakı son mühasirədən bəri türklərin nəzarəti altındadır.
Mühasirələrin siyahısı Tarixi Mühasirəsi Müdafiəsi Mahiyyəti NəticəMənbə Əhəmənilər dövləti Bizanti Dənizdən və qurudan Uğurlu Afina dəniz ittifaqı Əhəmənilər dövləti Dənizdən Uğurlu Afina şəhər dövləti Bizanti, Meqara, Boeotiya Dənizdən və qurudan Uğurlu Makedoniya çarlığı Bizanti, Afina şəhər dövləti Uğursuz Qalatlar Bizanti Qurudan Selevkilər imperiyası Bizanti, Herakleya Ponti,Ptolemey krallığı Dənizdən və qurudan Uğursuz Pont çarlığı Bizanti Uğursuz Septimi Sever Qay Niger Yust Uğurlu II Maksimin Daza Lisini Qurudan Uğurlu I Konstantin Lisini Dənizdən ve qurudan Uğurlu Avarlar, Sasanilər imperiyası Bizans imperiyası Uğursuz Əməvilər xilafəti Uğursuz Uğursuz Opsikion ordusu II Anastasi Uğurlu Əməvilər xilafəti Bizans imperiyası Uğursuz Birinci Bulqar dövləti Qurudan Uğursuz Slav Tomas II Mixail Dənizdən və qurudan Uğursuz Rus xanlığı Bizans imperiyası Uğursuz Kiyev Rus dövləti Uğursuz Uğursuz Lev Tornik IX Konstantin Monomax Qurudan Uğursuz Dördüncü Səlib yürüşü Bizans imperiyası Dənizdən və qurudan Uğurlu Uğurlu Nikeya imperiyası, İkinci Bulqar dövləti Latın imperiyası, Arxipelaq hersoqluğu Uğursuz Nikeya imperiyası Latın imperiyası Uğursuz IV Andronik, Osmanlı dövləti, Genuya Respublikası V İohan Qurudan Uğurlu Osmanlı dövləti Bizans imperiyası Dənizdən və qurudan Musa Çələbi Qurudan Osmanlı imperiyası Dənizdən və qurudan Uğurlu
Qeydlər
İstinadlar
Mənbələr
Kateqoriya:İstanbul siyahıları Kateqoriya:Bizans imperiyasının müharibələri Kateqoriya:Bizans tarixi Kateqoriya:İstanbul tarixi Kateqoriya:İslam tarixi