UEFA Çempionlar Kuboku 1958/1959 — Avropanın əsas futbol yarışı UEFA Çempionlar Kubokunun 4-cü mövsümü. Turnirin qalibi ard-arda dördüncü dəfə "Real Madrid" klubu oldu. 3 iyun 1959-cu ildə Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən final oyununda ispan klubu Fransanın "Reyms" klubuna 2–0 hesabı ilə qalib gəldi. İki finalçı 1956-cı ildə ilk Çempionlar Kubokunun finalında da mübarizə aparmışdılar.

Bu mövsümdə ilk dəfə Finlyandiya təmsilçisi iştirak etmişdir. Yunanıstanın turnirdə ilk iştirakçısı "Olimpiakos" siyasi səbəblərdən turniri tərk etdi. İspaniyanı bu dəfə də çempionatda ikinci yeri tutmuş klub da təmsil etdi, çünki ölkə çempionu "Real Madrid" turnirin son qalibi olduğundan avtomatik vəsiqə qazanmışdır. "Rapid Vyana" ilk dəfə turnirə vəsiqə qazana bilmədi.

İlkin mərhələ 2 iyul 1958-cı ildə Fransanın Kann şəhərində ilkin mərhələnin püşkü atıldı.Corriere dello Sport, 3 July 1958. Son çempion kimi "Real Madrid" avtomatik növbəti mərhələyə vəsiqə qazandı, qalan 27 klub isə coğrafi olaraq üç səbətə qruplaşdırıldı. Hər səbətdə çıxan ilk klub avtomatik olaraq növbəti mərhələyə keçirdi, digər klublar isə sentyabr ayında ilkin mərhələdə oynamalı idilər. 1-ci səbət Qərbi Avropa2-ci səbət Mərkəzi Avropa3-cü səbət Şərqi AvropaPüşkFransa İrlandiya

Şimali İrlandiya

Niderland

Belçika

Şotlandiya

Portuqaliya

İspaniyaİsveçrə Qərbi Almaniya

İtaliya İsveç

Danimarka

Lüksemburq

Avstriya

dəvət olunmuş Mançester Yunayted"Mançester Yunayted" 2-ci səbətdə idi, çünki o, 1/8 finala qədər ingilis klubu ilə qarşılaşa bilməzdi.Polşa Rumıniya

Türkiyə

Yuqoslaviya

Çexoslovakiya

Macarıstan

Şərqi Almaniya

YunanıstanByes Vulverhempton Uonderers HPS XQME Sofiya Təqvimi iştirakçı klublar təyin etdilər və bütün matçlar 30 sentyabr tarixindədək keçirildi.

Qeyd: Real Madrid, Vulverhempton Uonderers, XQME Sofiya və HPS avtomatik növbəti mərhələyə vəsiqə qazandılar.

1 Türkiyə ilə Yunanıstan arasında uzun sürən gərginliyin ardından "Olimpiakos" klubu İstanbulda oynamaqdan imtina edərək beynəlxalq siyasi məsələlərə görə öz istəyi ilə turniri tərk etdi.Corriere dello Sport.

2 UEFA "Mançester Yunayted"i turnirə qatılmağa dəvət etdi, çünki keçən mövsüm klub Belqardda keçirilən Çempionlar Kuboku oyunundan sonra baş verən Münhen aviasiya qəzasında 8 oyunçusunu itirdi; lakin İngiltərə Futbol Liqası kluba iştirak etməyə icazə vermədi. İlkin mərhələnin püşkü atıldığından, "Mançester"in püşk rəqibi "Yanq-Boyz" turnirin birinci raunduna avtomatik vəsiqə qazandı. Bunun əvəzinə, iki klub evdə və səfərdə bir-birlərinə qarşı bir cüt yoldaşlıq oyunu keçirdi; Berndə keçirilən ilk oyunda "Yanq-Boyz" 2–0 hesabı ilə qalib gəldi, amma bir həftə sonra Old Traffordda keçirilən növbəti oyunda "Mançester Yunayted" uddu. İki klub 2018-19 UEFA Çempionlar Liqasının qrup mərhələsində yenidən bir araya gələrək, əvvəlcə oynamalı olduqları tarixdən təxminən 60 il sonra üz-üzə gəldilər.

3 "Göteborq" pley-off oyununda "Jeness Eş"ə 5–1 hesabı ilə qalib gələrək birinci raunda yüksəldi.

4 "Vizmut Karl Marks Ştadt" pley-off oyununda "Petrolul Ployeşti"yə 4–0 hesabı ilə qalib gələrək birinci raunda yüksəldi.

5 "Şalke 04" pley-off oyununda "KB"-yə 3–1 hesabı ilə qalib gələrək birinci raunda yüksəldi.

Birinci raund

1 "Atletiko Madrid" pley-off oyununda "XQME Sofiya"ya 3–1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldi.

1/4 final

1 "Yanq-Boyz" pley-off oyununda "Vizmut Karl Marks Ştadt"a 2–1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldi.

Yarımfinal

1 "Real Madrid" pley-off oyununda "Atletiko Madrid"ə 2–1 hesabı ilə qalib gələrək finala yüksəldi.

Final

1959 UEFA Çempionlar Kuboku finalı 3 iyun 1959-cu ildə Qərbi Almaniyanın Ştutqart şəhərində yerləşən Nekkarştadion stadionunda keçirilmişdir. "Real Madrid" oyunçuları ardıcıl 4-cü dəfə kuboku başları üzərində qaldırdılar və turnirin yeganə qalibi statusunu qorudular. "Reyms" ikinci dəfə idi ki, finala yüksəlirdi, amma 1956-cı ilə təsadüf edən birincidə olduğu kimi bu dəfə də "Real Madrid"ə məğlub oldu.

Bombardirlər UEFA Çempionlar Kuboku 1958/1959-un bombardirlər siyahısı aşağıdakı kimi idi: YerAdKlubQol sayı1 Jüst Fonten Reyms102 Vava Atletiko Madrid83 Alfredo Di Stefano Real Madrid6 Xoakin Peyro Atletiko Madrid65 Enrike Kolyar Atletiko Madrid5 Yozef Hamerl Viner Şport-Klub5 Roje Pyantoni Reyms5 Klaus Zink Vizmut Karl Marks Ştadt59 İvson Sportinq4 Jan Jado Standard Lyej 4 Bernhard Klodt Şalke 044 Oygen Mayer Yanq-Boyz4 Peter Palotaş MTK Budapeşt4 Villi Tröger Vizmut Karl Marks Ştadt4 Ernst Vekselberger Yanq-Boyz4

İstinadlar

Xarici

1958–59 bütün oyunlar – mövsüm UEFA vebsaytında "Rec.Sport.Soccer Statistics Foundation" saytında Çempionlar Kuboku nəticələri

Kateqoriya:UEFA Çempionlar Liqasının mövsümləri Kateqoriya:1958-ci ildə idman Kateqoriya:1959-cu ildə idman Kateqoriya:1958/1959 mövsümündə Avropada futbol