thumb|Quranın 20-ci əsr nəşrinin (solda) və Birmingem Quran əlyazmasının (sağda) müqayisəsi
Birmingem Quran əlyazması, Quranın erkən əlyazmalarından olub 2 yarpağının yazıldığı bir vərəq həcmində perqamentdən hazırlanmış nüsxəsidir. 2015-ci ildə Birmingem Universitetində saxlanılan əlyazma eramızın 568–645-ci illərinə aiddir. O, universitetin Cadbury Araşdırma Kitabxanası tərəfindən saxlanılan Yaxın Şərq əlyazmalarının Minqana Kolleksiyasının bir hissəsidir.
Əlyazma ərəb hicazi qrafikası ilə perqament üzərində mürəkkəblə yazılmışdır və hələ də aydın oxunur. Səhifələrsə 18-ci (Kəhf) və 20-ci (Taha) surələrinin ayələri qorunur. Əlyazma 2015-ci ildə Birminhem Universitetində, sonra isə 5 avqust 2016-cı ilə qədər Birminhem Muzeyi və İncəsənət Qalereyasında nümayiş etdirilib Cadbury Araşdırma Kitabxanası əlyazmanın multispektral analizini və mürəkkəblərin XRF analizini həyata keçirib. İstinadlar
Kateqoriya:Quranın əlyazmaları Kateqoriya:Birminhem Universiteti