– Yaponiyanın Naqano prefekturasının Tateşina qəsəbəsində, Şirakaba gölünün sahilində yerləşən muzey. Dünyada ən böyük oyuncaq ayı muzeyidir.
Tarixi Muzey 1995-ci ildə Yaponiyanın ilk oyuncaq ayı muzeyi kimi açılmışdır. 2011-ci ildə muzeydə yenidənqurma işləri aparılmış və 30 iyul 2011-ci ildə yenidən açılmışdır.
Xüsusiyyətlər Muzeydə 15 fərqli ölkədən və 18 fərqli mövzuda olan 11.000-dən çox oyuncaq ayı nümayiş etdirilir. Muzey sərgisi 18 kabinə bölünmüşdür. Muzeydə tez-tez oyuncaq ayı axtarma oyunları keçirilir. Muzeyin miniatür oyuncaq ayı kolleksiyası var. Bu kolleksiyaya daxil olan 0,8 millimetr ölçüsündəki oyuncaq ayı dünyanın ən kiçik oyuncaq ayısı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Muzeyin sahəsi 3,300 m2 təşkil edir və dünyadakı ən böyük oyuncaq ayı muzeyidir.
Muzeydə zürafə və fil kimi müxtəlif heyvanların real ölçüdə olan oyuncaqlarından ibarət "zoopark" fəaliyyət göstərir. Muzeyin oyuncaq ayı mağazası Yaponiyadakı ən böyük oyuncaq ayı mağazasıdır. Burada Steiff və Merrythought kimi brendlərlə yanaşı yerli sənətçilərin hazırladıqları 2000-dən çox oyuncaq ayı satılır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiyadakı incəsənət muzeyləri Kateqoriya:Oyuncaq ayı muzeyləri Kateqoriya:1995-ci ildə Yaponiyada yarananlar Kateqoriya:1995-ci ildə yaradılmış muzeylər Kateqoriya:Tateşina Kateqoriya:Naqano prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyadakı oyuncaq muzeyləri