Sənin sevdiyin musiqi — 2019-cu ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş qısametrajlı bədii film.

Məzmun

Film haqqında 25 iyun 2019-cu ildə Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunmuşdur. Tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış dörd filmi nümayiş etdirilmişdir. Bu filmlər arasında rejissor Ceyhun Türksoyun "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmış “Sənin sevdiyin musiqi” yer almışdır.

Filmin heyəti

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Elçin Muradov, Nicat Dadaşov

Rejissor: Ceyhun Türksoy

Operator: Ruslan Ağazadə

Rəssam: Zemfira Novruzova

Rollarda

Ayşad Məmmədov — Arif İlqarə Tosova —

Sponsor

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İstinadlar

Xarici keçidlər

Filmi izlə