Məmməd Haşım oğlu Məmmədov () — Azərbaycanlı teatr və kino aktyoru, rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi.
Həyatı Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Dərbənd şəhərində anadan olub.
Məmməd Məmmədov 1975-ci ildə Voronej Dövlət İncəsənət İnstitutunu bitirib. 1981-ci ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini (A. Qonçarovun emalatxanası), 1985-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin nəzdində ali rejissorluq kurslarını bitirib.
O, 1975–1978-ci illərdə — Voronej Dram Teatrının aktyoru olub. Sonradan teatr aktyoru kimi Kuybışev (1978–1980) və Minskdə (1980–1985) çalışıb. 1986–1988-ci illərdə V. Mayakovski teatrında işləyib. 1995-ci ildən 2000-ci ilə qədər "Ay Teatrı"na çevrilən Komediya Teatrında rejissor olub.
1993-cü ildən — "Rejissorlar Cəmiyyəti" Rusiya Yaradıcılıq Birliyinin yaradıcılıq məsələləri üzrə sədr müavini işləyib. O, Dauqavpils Teatrı ilə əməkdaşlıq edib, təkcə Rusiyada deyil, Almaniya, Türkiyə, Bolqarıstan, Macarıstan, Belarusda da tamaşalar hazırlayıb.
Məmməd Məmmədov 1976–1989-cu illərdə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Vulkana doğru", "Anın quruluşu", "Bağlı qapı", "Üzeyir ömrü", "Gümüşü furqon", "Asif, Vasif, Ağasif", "Burulğan", "Təxribat" kimi filmlərdə əsas rolların ifaçısı olub.
Məmməd Məmmədov 28 iyul 2023-cü ildə Moskva şəhərində vəfat edib.
O, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.
Teatrda fəaliyyəti Aktyor kimi Maxit — "Üç qəpiklik opera", B. Brext; Fabiano Fabiani — "Kral haqqında bir kəlmə də yox", V. Hüqo; Rejissor kimi "Canlı meyit", L. Tolstoy; "Sevgi və ümid adası", G. Salovski; "Evlənməmiş qadın", L. Korsunski; "Sevgililər üçün nömrə", R. Kuni; "Hədiyyə adamı" "Uşağın atası kimdir?" "Məhəbbət macərası", M. Zadornov; "Yatağa atla", M. Mitua; "Xalanı necə öldürmək olar"; "Bilmədiyim yerə get."
Filmoqrafiya Vulkana doğru (film, 1977) Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-rol: Ədhəm Bağlı qapı (film, 1981) Üzeyir ömrü (film, 1981) Gümüşü furqon (film, 1982) Asif, Vasif, Ağasif (film, 1983) Burulğan (film, 1986) Təxribat (film, 1989)
İstinadlar
Xarici keçidlər "Asif, Vasif və Ağasif"in məcaraları Nadejda İsmayılova filmin kadrarxası məqamlarından danışır Xalq artistinin qardaşı Moskvada dəfn olunub Смотреть кино с актёром "Мамед Мамедов" онлайн Фильмография — Мамед Мамедов Kateqoriya:Rusiya rejissorları Kateqoriya:SSRİ rejissorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları