Höykür Hilmarsson (; ) — İslandiya siyasi fəalı. O, İslandiyada məcburi köçkünlərin hüquqları uğrunda hərəkatın yaradılmasında mühüm rol oynamışdır. Hilmarsson 2009-cu ildə İslandiyada baş tutmuş maliyyə böhranı etirazları zamanı İslandiya parlamentinin damına qalxmış və "Bónus" supermarketlər şəbəkəsinin bayrağını binanın bayraq dirəyinə qaldırmış, bununla da məşhurlaşmışdır. İki həftə sonra onun həbs edilməsi etirazçılar izdihamının Reykyavik şəhərinin mərkəzindəki İslandiya polisinin qərargahına basqın etmək cəhdi ilə nəticələnmiş, Höykür sonradan sərbəst buraxılmışdır.
Ölümü Höykür 2017-ci ildə Suriyaya getmiş və YPG ilə birlikdə Beynəlxalq Azadlıq Batalyonunun İnternasional Həmrəylik üçün İnqilabçı Birlik adlı anarxist ittifaqa qoşulmuşdur. Elə həmin il Rəqqə kampaniyasında iştirak etmişdir. 6 mart 2018-ci ildə Türkiyə mediası Höykürün 24 fevralda Afrində Türkiyənin aviazərbəsi nəticəsində həlak olduğunu bildirmişdir. 2021-ci ilin fevral ayına kimi onun cəsədi götürülməmişdi.
Şəxsi həyatı Höykür islandiyalı fəal və yazıçı Yeva Hauksdottirin oğlu idi.
İstinadları
Kateqoriya:Xalq Müdafiə Birlikləri Kateqoriya:Anarxistlər Kateqoriya:Suriyada vətəndaş müharibəsi