thumb|right|300px|Həmdat İsrail sinaqoqu İstanbuldakı sinaqoqlar — Bizans imperiyası dövründə şəhərə ilk gələn yəhudilərin dini ehtiyacları üçün qurulan ibadət yerləri. Tarixi sənədlərdəki qeydlərə əsasən, İstanbulda ilk sinaqoq e.ə.318-ci ildə misgərliklə məşğul olan yəhudilərin yaşadığı Halkopratiya məhəlləsində tikilmişdir.()() Bu sinaqoq II Feodosi dövründə kilsəyə çevrilsə də, hər dövrdə şəhərin müxtəlif yerlərində yerləşən sinaqoqlar fəaliyyətini davam etdirmişdir. 1453-cü ildə İstanbulun türklər tərəfindən fəthindən sonra yəhudilər İstanbulda yaşamağa davam etdilər. Osmanlı imperiyası 1492-ci ildə İspaniyadan sürgün edilən yəhudilərə sığınacaq verdiyi üçün; Osmanlı torpaqlarında yəhudilərin sayı xeyli artdı.() Türkiyədə cümhuriyyət elan edildikdən sonra ölkənin hər yerindən xeyli sayda yəhudi İstanbula gələrək burada məskunlaşdı.

Hazırda Türkiyədə 20 minə yaxın yəhudi olduğu düşünülür. Onların təxminən 18 mini İstanbulda yaşayır. İstanbuldakı yəhudilərin əksəriyyəti ispanəsilli Səfərad yəhudiləri, 500-ə yaxını isə Aşkenazi yəhudiləridir.() Türkiyə baş ravvinliyi Türkiyə yəhudilərinin qanuni təmsilçiliyini öz üzərinə götürüb. Baş Rabbinatın qərargahı İstanbulda yerləşir. Baş ravvinliyin səlahiyyətini tanımayan və muxtar icma təşkil edən karaimlərin sayı isə 80-ə yaxındır.

Bütün Türkiyədə olduğu kimi İstanbulda da sinaqoqlar vəqf statusuna malikdir. İstanbulda yəhudi icmasının ibadətlərini yerinə yetirmələri üçün davamlı olaraq fəaliyyət göstərən 20 sinaqoq var. Onlardan 3-ü yalnız yay aylarında açıq olur. İstanbulun ən qədim sinaqoqları XV əsrdən bəri davamlı olaraq istifadə edilən Ahrida və Yanbol sinaqoqlarıdır.

İstanbulda yəhudi icmasının istifadəsi üçün ayrılmış 8 dəfn yeri var. Bu dəfn yerləri Kuzquncuq, Hasköy, Ortaköy, Ulus, Şişli, Bağlarbaşı, Acıbadəm və Kilyosda yerləşir. Kilyosda 1991-ci ildən icma üçün ayrılmış qəbiristanlıq ərazisi icmanın ən yeni dəfn ərazisidir.()()

Memarlıq xüsusiyyətləri İstanbuldakı sinaqoqlar memarlıq baxımından biri-birilərindən çox fərqlənirlər. Sinaqoqların memarlıq xüsusiyyətləri tikildiyi dövrün zövq və formalarına görə dəyişib. Mühacir sinaqoqlarında köç etmiş bölgənin memarlıq xüsusiyyətlərini görmək olur. Uzun illər zəlzələlər və yanğınlar nəticəsində zədələnmiş sinaqoqlar, onların orijinallarına sadiq qalınaraq əsaslı dəyişikliklərlə təmir edilmiş və ya yenidən qurulmuşdur.

Sinaqoqlar düzbucaqlı və ya dörd künc formalı inşa edilmişdirlər. Bir çoxları taxta və hörgüdən istifadə edilməklə tikilmişdir. Demək olar ki, hamısının dam örtüyü taxtadır və heç birində günbəz elementi yoxdur. Sinaqoqlar ümumiyyətlə yəhudilərin sıx yaşadığı rayonlarda tikiliblər. Sinaqoqların bayır divarlarında bəzək əşyaları və təmtəraq olmasa da, həyətyanı səhəsi, bağı olmuşdur. İbadətdən əvvəl əlləri yumaq üçün həyətlərində bulaqlar da vardır. Həyətlər çöldən hündür divarlarla hörülüdür, bayıra açılan girişlərində isə Davud ulduzu motivinə və sinaqoqun ivrit dilində olan lövhəsinə də tez-tez rast gəlinir.

Adlandırma ənənələri İstanbulla bağlı ən əhatəli mənbələrdən biri olan Keçmişdən Bu günə İstanbul Ensiklopediyasının sinaqoqlar bölməsində İstanbul sinaqoqları adlarına görə 5 əsas başlıq altında yer alır. Bu qruplardan birincisini, yerləşdikləri rayona və ya yerə görə adlandırılan sinaqoqlar təşkil edir. İstanbul sinaqoqlarının əksəriyyəti bu qrupdadır. Məsələn, Bakırköy, Caddəbostan və Yeniköy sinaqoqları yerləşdikləri rayonun, Zülfaris sinaqoqu adının yerləşdiyi küçənin (indiki Perçəmli küçəsi, keçmiş Zülfaris küçəsi), Çorapçı Xan sinaqoqu isə yerləşdiyi binanın adını almışdır.

İkinci qrupa daxil olan sinaqoqlar onların təsisçilərinin və ya camaatının mənşəyinə görə adlanır. Bu sinaqoqların əksəriyyəti Bizans dövründən qalmış və ya 1492-ci il köçündən sonra yaradılmışdır. Makedoniya, Ohrid mühacirləri tərəfindən qurulan Ahrida sinaqoqu; Yanboludan gələn bolqar mühacirlərinin qurduqları Yanbolu sinaqoqunu, günümüzdə tərk edilmiş Saloniki və Verya (Veria) sinaqoqlarını bu qrup altında dəyərləndirmək olar.

Üçüncü qrup sinaqoqlar adlarını qurucularının və ya yığıncaqlarının peşələrindən götürən sinaqoqlardır. İstanbul sinaqoqlarında belə adlar çox nadirdir. Qalatadakı Dərzilər sinaqoqu və Hasköydəki çoxdan tərk edilmiş Parça Tacirləri sinaqoqu bu sinaqoq qrupuna misaldır.

Dördüncü qrup sinaqoqları onları quran və ya tikintisində əməyi olan ailələrin adına olan sinaqoqlardır. Belə sinaqoqların sayı da çox azdır. Bu qrupa Böyükadadakı Hesed Le Avraam sinaqoqu da daxil edilə bilər. Bu ad, sinaqoqun tikintisi üçün torpağını bağışlayan Avraam Arslan Əfəndinin şərəfinə sinaqoqa verilmişdir.

Beşinci qrupda fəlsəfi, əfsanəvi və mesaj verən adlar daşıyan sinaqoqlar vardır. Ortaköydəki Etz Ahayim sinaqoqu (Həyətağacı sinaqoqu), Heydərpaşadakı Həmdat İsrail sinaqoqu, Qalatadakı Neve Şalom sinaqoqu bu qrupa daxildir.

Siyahı Türk dilində adıİvrit dilində adıAvropa və ya Anadolu hissəsiYeriİliVəziyyəti <center> Ahrida sinaqoqu אכרידה‎Ahrida Avropa hissəsi Balat, Fateh XV əsrin əvvəlləri Aktiv() <center> İstanbul Aşkenazi sinaqoqu האשכנזי‎ בית הכנסתBeyt HaKnesset HaAşkenazi Avropa hissəsi Qalata, Bəyoğlu 1900() Aktiv() <center> Bakırköy sinaqoqu Yoxdur Avropa hissəsi Bakırköy XIX əsrin sonları Yalnız şabbat ayinlərindəə açıq olur <center>Bet-Avraam sinaqoqu בית הכנסת בית אברהם Beyt HaKnesset Beyt AvrahamAvropa hissəsi Sirkəci 1920-ci illər() Aktiv <center>Bet-İsrail sinaqoqu בית הכנסת בית ישראלBeyt HaKnesset Beyt İsrael Avropa hissəsi Osmanbəy, Şişli 1920-ci illər Aktiv <center>Bet-Nissim sinaqoqu בית הכנסת בית ניסיםBeyt HaKnesset Beyt Nisim Anadolu hissəsi Kuzquncuq 1840-cı illər Aktiv() <center>Bet-Yaakov sinaqoqu בית הכנסת בית יעקבBeyt HaKnesset Beyt Yaakov Anadolu hissəsi Kuzquncuk 1878 Cümə axşamı sabahları şabbat ayinlərinə açıqdır <center>Bet-Yaakov sinaqoqu בית הכנסת בית יעקבBeyt HaKnesset Beyt Yaakov Şahzadə adaları Heybəliada 1953 Yaz aylarında aktif <center>Burqazada sinaqoqu Yoxdur Şahzadə adaları Burqazada 1968 Yay aylarında aktiv() <center>Caddəbostan Bet-El sinaqoqu Yoxdur Avropa hissəsi Caddəbostan 1961 Aktiv <center>Etz Ahayim sinaqoqu בית כנסת החייםBeyt Knesset HaHayim Avropa hissəsi Ortaköy ilk:1707-ci ildən əvvəl() ikinci:1941 Aktiv <center>Həmdat İsrail sinaqoqu בית הכנסת חמדת ישראלBeyt HaKnesset Hemdat Yisrael Anadolu hissəsi Heydərpaşa 1899 Aktiv <center>Hesed Le Avraam sinaqoqu בית הכנסת חסד לאברהםBeyt HaKnesset Hesed Le Avraham Şahzadə adaları Böyükada 1 sentyabr 1904-cü il() Yay aylarında aktiv <center>İtalyan sinaqoqu בית הכנסת האיטלקיBeyt HaKnesset Haİtalki Avropa hissəsi Qalata ilk: 1800-cü illər ikinci: 1931 Cümə axşamları şabbat ayinlərinə açıqdır <center>Kal Kadoş Çorapcı Xan sinaqoqu Yoxdur Avropa hissəsi Sirkəci 1880-cı illər Aktiv <center>Karaim sinaqoquבית הכנסת קראיתBeyt HaKnesset Karait Avropa hissəsi Hasköy XVI əsrdən əvvəl() Yalnızca özəl günlərdə açıqdır <center>Maalem sinaqoqu בית הכנסת מעלםBeyt HaKnesset Ma'alem Avropa hissəsi Hasköy 1960-cı illər Aktiv <center>Neve Şalom sinaqoqu בית הכנסת נווה שלוםBeyt HaKnesset Neve Şalom Avropa hissəsi Qalata 25 mart, 1951 Aktiv <center>Şaar Aşamayim sinaqoqu בית הכנסת שער השמיםBeyt HaKnesset Şaar Haşamayim Avropa hissəsi Kəmərburqaz 21 sentyabr 2006() Aktiv <center>Yanbol sinaqoqu Yoxdur Avropa hissəsi Balat ilk: Bizans dövrüikinci: XVIII əsr() Aktiv <center>Yeniköy sinaqoqu Yoxdur Avropa hissəsi Yeniköy 1800-ci illərin sonu Şabbat ayinlərində açıq olur <center>Zülfaris sinaqoqu Yoxdur Avropa hissəsi Karaköy 1671-ci ildən öncə()2001-ci ildə muzey olub

Tərk edilmiş sinaqoqlar AdıAvropa və ya Anadolu hissəsiYeriİliBağlanış iliBağlanış səbəbi <center> Çana sinaqoqu Avropa hissəsi Fateh, Fənər Bizans dövrü 1958-ci ildən sonra Əhalinin azalması <center> Çıxsalın sinaqoqu Avropa hissəsi Bəyoğlu, Çıxsalın XIX əsrin II yarısı 19501998 Tərk edilibDağıdılıb <center> Darüləcəzə sinaqoqu Avropa hissəsi Şişli, Ox meydanı (Darüləcəza binası) 25 may, 1905 Darülcəzanın heç bir yəhudi sakini olmadığı üçün qapalı saxlanılır. <center> Eliav sinaqoqu Avropa hissəsi Fənər Bilinmir Baxımsızlıq <center> Ezgər sinaqoquAvropa hissəsi Hasköy XIX əsrin I yarısı 28 iyul, 1948 Cəmiyyətin olmaması <center> Geruş sinaqoqu Avropa hissəsi Balat Bilinmir(Çox güman ki, 1492-ci il) 1911 Yanğın <center> Hevra sinaqoquAvropa hissəsi Balat Bilinmir 17 may, 1874Yanğın <center> İştipol sinaqoqu Avropa hissəsi Ayvansaray ilk: 1694 ikinci: 1899 16 sentyabr, 1987Mədəni və Təbii İrsin Qorunması Şurasına təhvil verilib <center> Kasturya sinaqoqu Avropa hissəsi Balat Fateh Sultan Mehmed dövrü 1937Tərk edilib <center> Kenesset sinaqoqu Avropa hissəsi Bəyoğlu, Qalata 1923-cü ildə kirayə verilib 1982 Bina sahibləri arasında mübahisə <center> Mayor sinaqoqu Avropa hissəsi HasköyBilinmir(Çox güman ki,300-500 il əvvəl) 1923 <center> Or Hodeş sinaqoqu Avropa hissəsi Qalata 1897 1985 Satılıb <center> Barmaqqapı sinaqoqu Avropa hissəsi Hasköy Bilinmir 1804-cü ildən sonra Əhalinin azalması <center> Pol Hadaş sinaqoquAvropa hissəsi Balat Bilinmir Cəmiyyətin olmaması və əhalinin azalması <center> Pol Yaşan sinaqoquAvropa hissəsi Balat Bilinmir 19501985Baxımsızlıqdan tərk edilibSatılıb <center> Saloniki sinaqoqu Avropa hissəsi Balat Fateh Sultan Mehmed dövrü 1975 Damının çökməsi <center> Sinyaro sinaqoquAvropa hissəsi Hasköy 1660 Yanğın <center> Dərzilər sinaqoqu Avropa hissəsi Qalata 8 sentyabr, 1894 19601998 İncəsənət qalereyasına çevrildi <center> Unqapanı sinaqoqu Avropa hissəsi Unqapanı 1698 18 iyul, 1985 Haliç və ətrafının abadlaşdırılması layihəsinə görə sökülüb <center> Verya sinaqoqu Avropa hissəsi Balat Bilinmir1890Yanğın

Yəhudi qəbiristanlıqları İstanbulda yəhudi icması üçün ayrılmış 9 qəbiristanlıq vardır. Kuzquncuq, Hasköy və Ortaköy qəbiristanlıqlarının tarixi XVI-XVII əsrlərə gedib çıxır. Bəyoğlunda yerləşən Hasköy qəbiristanlığı İstanbulun ən böyük yəhudi qəbiristanlığıdır. Ulusda Səfərad və Aşkenazi icmalarına aid iki ayrı qəbiristanlıq da vardır. Şişli ilə Məcidiyəköy arasındakı qeyri-müsəlman qəbiristanlığında erməni və yunan icmaları ilə birlikdə İtalyan yəhudi icması üçün də bir hissə ayrılmışdır. Yəhudi bölməsi qəbiristanlığın qərb hissəsində yerləşir. Bundan əlavə Anadolu yaxasında Bağlarbaşı və Acıbadəmdə yəhudi qəbiristanlıqları da vardır. İstanbuldakı yəhudi qəbiristanlıqları adətən bir sinaqoqun ətrafında tikilir. Bu gün bu ənənə itirilmiş və qəbiristanlıqların ətrafındakı sinaqoqların bəziləri sökülmüşdür. İstanbuldakı yəhudi qəbiristanlıqları zaman-zaman zəlzələlər, güclü yağışlar və baxımsızlıq nəticəsində dağılmış, təhlükəli vəziyyətə düşmüş qəbiristanlıqlar bəzən ideoloji hücumlara da məruz qalmışdır. Bəzi qəbiristanlıqlar da içindən və ya ətrafından yolların keçməsi səbəbi ilə dağıldılmışdır.() Urbanizasiya ərazilərini açmaq üçün çox qədim qəbiristanlıqlar köçürülmüş və ya dağıdılmışdır. Bu gün yəhudi icması üçün ayrılmış ən yeni qəbiristanlıq Sarıyerin Kilyos ərazisində yerləşir. 1991-ci ildə icmaya verilən qəbiristanlıq ərazisində tənzimləmə işlərinin başa çatdırılması ilə 2010-cu ilin əvvəlindən dəfn prosedurlarına başlanılmışdır. Ortaköy, Hasköy, Bağlarbaşı, Ulus Səfərdik, Ulus Aşkenazi və Kilyos qəbiristanlıqlarının idarə və baxımını Neve Şalom sinaqoqu vəqfi təşkil edir.()

Qalereya

İstinadlar

Xarici keçidlər

Türkiyə Yəhudi icmasının Baş Hahamlığının rəsmi saytı Türk Yəhudi icması və Yəhudi Mədəniyyətini Tanıtma layihəsi rəsmi saytı Türk yəhudilərinin 500 il Vəqfi Muzeyi

Kateqoriya:İstanbul siyahıları Kateqoriya:Türkiyə siyahıları Kateqoriya:Türkiyə sinaqoqları Kateqoriya:İstanbul tikililəri