thumb|280px|11-ci çağırış Azərbaycan SSR Ali Soveti deputatının döş nişanı On birinci çağırış Azərbaycan SSR Ali Soveti 1985-ci ildən 1991-ci ilədək fəaliyyətdə olmuşdur. Onuncu çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər 1985-ci il fevralın 24-də keçirilmişdir. Ali Sovetə cəmi 450 deputat seçilmişdir.

235 deputat və ya onların 52,2 faizi əvvəlki çağırış respublika Ali Sovetinin deputatı olmamışdır.

Deputatların 179 nəfəri qadındır; 311 deputat Sov.İKP üzvü, yaxud üzvlüyünə namizəd, 139 deputat bitərəf, o cümlədən 87 deputat ÜİLKGİ üzvüdür.

Respublika ali dövlət hakimiyyəti orqanında 228 fəhlə və kolxozçu var idi ki, bu da deputatların ümumi tərkibinin 50,7 faizini təşkil edirdi, 27 deputat elm, mədəniyyət, ədəbiyyat, incəsənət, maarif və səhiyyə işçiləri, 96 deputat partiya, həmkarlar ittifaqları və komsomol işçiləri, 76 deputat dövlət və sovet orqanlarının işçisi, 25 deputat müəssisə rəhbəri və xalq təsərrüfatının müxtəlif sahələrinin mütəxəssisi.

437 deputatın və ya deputatları 97,1 faizinin ali və orta ixtisas təhsili var, 50 deputat alimlik dərəcəsi və ya elmi adı vardır.

Azərbaycan SSR Ali Soveti deputatlarının yaşa görə tərkibi belə idi: 112 deputatın və ya deputatların 24,9 faizinin yaşı 30-dək, 187 deputatın və ya deputatların 41,6 faizinin yaşı 31-dən 50-dək, 108 deputatın və ya deputatların 24 faizinin yaşı 51-dən 60-dək, 43 deputatın və ya deputatların 9,5 faizinin yaşı 60-dan yuxarı olubdur.

Ali Soveti deputatlarından 30 nəfər Sovet İttifaqı Qəhrəmanı və Sosialist Əməyi Qəhrəmanı olub. 305 deputat SSRİ ordenləri və medalları ilə təltif edilmişdir. 16 nəfər SSRİ Dövlət mükafatı və Azərbaycan SSR Dövlət mükafatı laureatı olublar.

Respublika Ali Sovetinin deputatlarının 361 nəfəri azərbaycanlı, 46 nəfəri rus, 30 nəfəri erməni, habelə 13 nəfər digər millətlərinin nümayəndəsi olub.

Ali Sovetin rəhbərliyi

Ali Sovetin Rəyasət Heyəti + Seçilmə tarixi Səlahiyyətin sonuSədr Xəlilov Qurban Əli oğlu 26 mart 1985 30 dekabr 1985 Tatlıyev Süleyman Bayram oğlu 30 dekabr 1985 22 iyun 1989 Qafarova Elmira Mikayıl qızı 22 iyun 1989 18 may 1990Sədr müavinləri Aslanov Armais Əmiroviç 26 mart 1985 Əliyeva Səkinə Abbas qızı 26 mart 1985Katib Qazıyeva Rəfiqə Salam qızı 26 mart 1985 5 fevral 1991Üzvlər Bağırov Kamran Məmməd oğlu 26 mart 1985 10 noyabr 1988 Əliyev Nuruş Əlihəsən oğlu 26 mart 1985 Əmənov Akif Məmi oğlu 26 mart 1985 Arazov Kamal Əlirza oğlu 26 mart 1985 Aslanova Zəminə Sərdar qızı 26 mart 1985 Qriqoryan Samvel Avanesoviç 26 mart 1985 iyun 1987 Camalova Dilrubə Cəbrayıl qızı 26 mart 1985 Müslümzadə Cahangir Mövsüm oğlu 26 mart 1985 10 noyabr 1988 Mustafayev Feyruz Rəcəb oğlu 26 mart 1985 Nikitin Nikolay Vasilyeviç 26 mart 1985 Sokolov Leonid Andreyeviç 26 mart 1985 Tağıyev Zəkulla Nüsrət oğlu 26 mart 1985 Hüseynov Mikayıl Ələsgər oğlu 26 mart 1985 Fətəliyev Naim Sadıq oğlu 26 mart 1985 Yusifova Rövşən (Röşan) Əhməd qızı 26 mart 1985 Şirinkin Aleksey İvanoviç 26 mart 1985 Bədirov Ramazan Məhəmməd oğlu 13 noyabr 1987 Qaribyan Varti Qurgenovna 13 noyabr 1987 Vəzirov Əbdülrəhman Xəlil oğlu 10 noyabr 1988

Ali Sovet + Seçilmə tarixi Səlahiyyətin sonuSədr Rüstəmzadə Süleyman Əliabbas oğlu 26 mart 1985 10 iyun 1989 Qafarova Elmira Mikayıl qızı 18 may 1990 5 fevral 1991Sədr müavinləri Tağıyeva Tamella Yadulla qızı 26 mart 1985 Qəribyan Şmavon Akopoviç 26 mart 1985 Sıçova Lyubov Semyonovna 26 mart 1985 Səfərəliyev Rüstəm Qasım oğlu 26 mart 1985 Kərimov Əhəd Əli oğlu 13 noyabr 1987

Ali Sovetin deputatları

Sonradan seçilənlər

İstinadlar

Həmçinin bax Azərbaycan SSR Ali Soveti

*11