Mənəmən və ya Azərbaycandakı adı ilə pomidor-yumurta — yumurta, bibər, pomidor və istəyə bağlı olaraq soğan istifadə edilərək hazırlanan Türkiyə yeməyi. İlk dəfə əhali mübadiləsi nəticəsində İzmirin Menəmən ilçəsinə gələn Krit türkləri tərəfindən hazırlanmış və adını ilçədən almışdır.
Mənəmən əksər hallarda çörəklə səhər yeməyi olaraq yeyilir.Turkish Cookery, M. Işın Günür (1990). .
İstəyə bağlı olaraq göbələk və ət ilə də hazırlanır. Damaq dadına görə nanə, kəklikotu, cirə və paprika kimi fərqli ədviyyatlar da əlavə oluna bilər.
Hazırlanması thumb|right|Bakıda sadə pomidor-yumurta.
Pomidor adətən nazik soyulur və ya rəndələnə bilər. Bişirənin seçiminə görə qızardırılmış və doğranmış pomidorlar qarışdırıla da bilər. Soğan istifadə edildiyi vaxt yaşıl bibərlərlə tavaya əlavə edilir və qızdırılmış kərə yağı və ya sulu ilə qızardılır. Acı bibər də əlavə oluna bilər. Soğanın mənəmənə əlavə olunması müzakirə olunan mövzudur və soğan əlavə edildikdə səhər yeməyi kimi yox, daha çox əsas yemək kimi qəbul olunur.Türkmen, Arda, "Hürriyet Pazar", August 10, 2014, p.16.
İstinadlar
Kateqoriya:İzmir mədəniyyəti Kateqoriya:Türkiyə mətbəxindəki yeməklər Kateqoriya:Səhər yeməyi
Kateqoriya:Tərəvəz xörəkləri Kateqoriya:Türk dilində sözlər və ifadələr Kateqoriya:Yumurta xörəkləri