Ədnanilər () — İsmayıl övladları olan ərəblərin qəbilə konfederasiyası. Onların soy kökü Hicazdan olan Ədnan vasitəsilə İbrahimin oğlu İsmayıla və həyat yoldaşı Həcərə qədər gedib çıxır. Onun vasitəsilə bu soyu ilk insan hesab edilən Adəmə və ilk gəminin banisi Nuh peyğəmbərlərə qədər izləmək olar. İslam peyğəmbəri Məhəmməd Ədnanilərin Qureyş qəbiləsindən idi.
Ərəb ənənəsinə görə, Ədnanilər, Hudun oğlu Qəhtanın nəslindən olan və Ərəbistanın cənubunda yaşayan Qəhtani ərəblərindən fərqli olaraq şimali ərəblərdir. Bəzi müasir tarixçilərin fikrinə görə, ədnanilər və qəhtanilər arasındakı ənənəvi fərq dəlillərə malik deyil və bu, Əməvilər dövründə fraksiyalararası münaqişələrdən irəli gəlmiş ola bilər.
İstinadlar
Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:İsmayıl övladları