Vinçentso Salvatore Karmelo Françesko Bellini (; 3 noyabr 1801, Kataniya, Siciliya — 23 sentyabr 1835, Püto, Paris yaxınlığında) — italyan bəstəkarı, 11 operanın müəllifi.Беллини Винченцо // Бари — Браслет. — М. : Советская энциклопедия, 1970. — С. 115. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 3). Bioqrafiyası O, Neapolitan Konservatoriyasında Nicolo Zingarellinin himayəliyi altında oxumuş, ilk olaraq instrumental və kilsə musiqisi əsərlərini yazırdı. Bellininin ilk operası "Adelson e Salvini" 1825-ci ildə konservatoriyada tamaşaya qoyuldu. 1826-cı ildə Teatr San Karlo onun "Bianca e Fernando" operasını elə uğurla səhnələşdirdi ki, o, 1827-ci ildə Milanda La Skaladan sifariş aldı. Bellini son üçün "Pirat" operasını yazdı və bu, parlaq uğur idi; "Əcnəbi" gələn il daha da uğurlu oldu. Onların ardınca "Zaira" və s.
1833-cü ildə Bellini nəhayət Parisə köçdü və burada qısamüddətli olsa da, böyük uğur qazandı; onun taleyinə yalnız daha bir opera, 1835-ci ildə italyan teatrında tamaşaya qoyulan "Le Puritani" adlı opera yazmaq düşmüşdü. Yaradıcılığı Qısa ömrü ərzində o, 11 opera yazmışdı, onlardan yalnız biri (“Zaira”) uğurlu alınmayıb – qalanları əksər Avropa səhnələrində yer almışdı. Ən yaxşı operaları: Kapuleti və Montekki (), La sonnambula (1831), Norma (1831), Puritani (1835).
Bellininin təsirlərinin izlərini təkcə opera sahəsində deyil, Şopenin fortepiano musiqisində də görmək olar. Ölümü 23 sentyabr 1835-ci ildə Parisin kənarında Bellini qaraciyərin absesi ilə çətinləşən kəskin bağırsaq iltihabından öldü. Ölümünün qəfil olması hətta bəstəkarın zəhərlənməsi ilə bağlı söz-söhbətlərə səbəb oldu. Əvvəlcə Per Laşez qəbiristanlığında dəfn edildi, lakin 1876-cı ildə bəstəkarın külü Siciliyaya, Kataniya şəhərindəki Müqəddəs Aqata Katedralinə köçürüldü. Operaları "Adelson və Salvini" (1825) "Bianka və Cernando" (1826) "Pirat" (1827) "Əcnəbi" (1829) "Zaira" (1829) "Ernani" (hazır deyil, 1830) "Kapuletti və Montekki" (1830) "Somnambula" ("La sonnambula") (1831) "Norma" (1831) "Beatriçe di Tenda" ("Beatrice di Tenda"), 1833 Həmçinin bax Frederik Şopen
Motsart
İohann Sebastyan Bax İstinadlar Kateqoriya:Romantik bəstəkarlar Kateqoriya:Musiqi Kateqoriya:Opera bəstəkarları