Xorvatiya krallığı (; ) — təqribən 925-ci ildən 1102-ci ilə qədər mövcud olmuş müstəqil dövlət. IX əsrin ortalarından mövcud olmuş Xorvatiya knyazlığı 925-ci ildə I Tomislavın kral titulunu qəbul etməsindən sonra krallığa çevrilmişdi. Xorvat krallığının hökmdarları əsasən Trpimiroviç sülaləsindən idi. Xorvatiyanın müstəqilliyi 1102-ci ildə sona çatmış, krallıq Macarıstanla ittifaqa girmiş və iki dövlətin şəxsi birliyi bağlanmışdır.

İstinadlar

Əlavə ədəbiyyat Neven Budak – Prva stoljeća Hrvatske, Zagreb, 1994.

Kateqoriya:Balkan yarımadasının tarixi dövlətləri Kateqoriya:Xorvatiya orta əsrlərdə Kateqoriya:Orta əsrlərin tarixi dövlətləri