Dördüncü Cenevrə Konvensiyası — Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından sonuncusu. Konvensiya 1950-ci ilin oktyabrında qüvvəyə minmişdir. İlk üç konvensiya döyüşçülərlə bağlı olduğu halda halda, Dördüncü Cenevrə Konvensiyası müharibə zonasında mülki şəxslərin humanitar müdafiəsini nəzərdə tuturdu və buna görə də bir ilk idi. Hazırda sonuncu saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var.

Cenevrə Konvensiyalarına I Əlavə Protokol 1977-ci ildə tərtib edilmişdir. Konvensiyanın 48-ci maddədə ifadə olunmuş mülki şəxslərə aid "əsas qaydası" "mülki əhaliyə və mülki obyektlərə" hər cür qəsdən hücumu qadağan edir. "Təsadüfi hücumlar" anlayışını müəyyən edən sənəd belə hücumları da qadağan edir. "Mülki əhalinin təsadüfən məhv edilməsi, mülki şəxslərin xəsarət alması və mülki obyektlərə dəyən ziyan" da sənəddə əhatə olunur. Hətta 51-ci maddəyə əsasən, "gözlənilən konkret və birbaşa hərbi üstünlük təmin etməsi səbəbindən həddi aşacağına görə", "təsadüfi" mülki itkilərə və ya zərərə səbəb olacağı gözlənildiyi halda mülki şəxslərə qarşı yönəlməyən hücumlar da qadağan edilir. Buna elmi ədəbiyyatda proporsionallıq prinsipi deyilir. 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatana qədər isə qarşılıqlılıq norması silahlı münaqişədə davranış üçün əsas verirdi.

1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Baş katibin və Ekspertlər Komissiyasının hesabatını qəbul etmişdir. Həmin sənədə əsasən Cenevrə Konvensiyalarının müddəaları beynəlxalq adət hüquq normaları kimi tanınmış və beləliklə, silahlı münaqişələrdə iştirak etdikləri halda həmin Konvensiyaları imzalamayan dövlətlər üçün də məcburi olmuşdur.

Məzmunu 300px|thumb|alt=Dünyanın siyasi xəritəsi|Cenevrə Konvensiyaları (CK) və Protokollarının (P) tərəfləri

Konvensiyanın 2-ci maddəsinə əsasən, onu imzalayan tərəflər həm müharibə, həm müharibənin elan olunmadığı silahlı münaqişələr, həm də başqa ölkənin ərazisinin işğalı zamanı konvensiyaya tabedirlər.

47–78-ci maddələr işğalçı dövlətlərin üzərinə mühüm öhdəliklər qoyur. Belə ki, işğal edilmiş ərazinin sakinlərinin ümumi rifahına dair çoxsaylı müddəalarda olduğu kimi, işğalçı tərəf müdafiə olunan şəxsləri zorla deportasiya edə, yaxud öz mülki əhalisinin bir hissəsini işğal olunmuş əraziyə deportasiya edə və ya köçürə bilməz. Buradakı "deportasiya" ifadəsi adətən əcnəbilərin ölkədən çıxarılması kimi başa düşülür; vətəndaşların ölkədən çıxarılması isə "ekstradisiya" və ya "sürgün" adlanır. Etnik qruplar deportasiyanın təsirinə məruz qalarsa, buna "əhalinin köçürülməsi" də deyilir. Bu halda "köçürmə" hərfi mənada bir yerdən başqa yerə köçmək mənasını ifadə edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatına görə "beynəlxalq humanitar hüquq (işğal edilmiş ərazilərdə) yaşayış məntəqələrinin salınmasını qadağan edir; çünki bu, əhalinin işğal olunmuş əraziyə köçürülməsinin bir formasıdır."

51-ci maddəyə görə, işğalçı tərəf müdafiə olunan şəxsləri onun silahlı və ya yardımçı qüvvələrində xidmət etməyə məcbur edə bilməz. Könüllü əsgərliyi təmin etmək məqsədi daşıyan heç bir təzyiq və ya təbliğata icazə verilmir. İşğalçı dövlət müdafiə olunan şəxsləri on səkkiz yaşına çatmamış, eləcə də yalnız işğalçı ordunun ehtiyacları, yaxud ictimai işlər, qidalanma, sığınacaq və ya işğal olunmuş ölkənin əhalisinin geyimi, daşınması və ya sağlamlığı üçün zəruri olan işlərdə işləməyə məcbur edə bilməz.

Həmçinin bax Cenevrə konvensiyaları Beynəlxalq Qırmızı Xaç Komitəsi Beynəlxalq humanitar hüquq

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Cenevrə konvensiyaları Kateqoriya:Kollektiv cəzalandırma Kateqoriya:Beynəlxalq hüquq Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Almaniya Demokratik Respublikasının müqavilələri Kateqoriya:Almaniya Federativ Respublikasının müqavilələri Kateqoriya:Andorranın müqavilələri Kateqoriya:Antiqua və Barbudanın müqavilələri Kateqoriya:Argentinanın müqavilələri Kateqoriya:Avstraliyanın müqavilələri Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:Azərbaycanın müqavilələri Kateqoriya:Baham adalarının müqavilələri Kateqoriya:Banqladeşin müqavilələri Kateqoriya:Barbadosun müqavilələri Kateqoriya:Belçikanın müqavilələri Kateqoriya:Belizin müqavilələri Kateqoriya:Belorusiya Sovet Sosialist Respublikasının müqavilələri Kateqoriya:Bəhreynin müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Boliviyanın müqavilələri Kateqoriya:Bolqarıstan Xalq Respublikasının müqavilələri Kateqoriya:Bosniya və Herseqovinanın müqavilələri Kateqoriya:Botsvananın müqavilələri Kateqoriya:Burkina-Fasonun müqavilələri Kateqoriya:Burundinin müqavilələri Kateqoriya:Cənubi Koreyanın müqavilələri Kateqoriya:Cibutinin müqavilələri Kateqoriya:Çadın müqavilələri Kateqoriya:Çexiyanın müqavilələri Kateqoriya:Çexoslovakiyanın müqavilələri Kateqoriya:Çilinin müqavilələri Kateqoriya:Danimarkanın müqavilələri Kateqoriya:Dominikan Respublikasının müqavilələri Kateqoriya:Dominikanın müqavilələri Kateqoriya:Ekvadorun müqavilələri Kateqoriya:Ekvatorial Qvineyanın müqavilələri Kateqoriya:Eritreyanın müqavilələri Kateqoriya:Ermənistanın müqavilələri Kateqoriya:Estoniyanın müqavilələri Kateqoriya:Esvatininin müqavilələri Kateqoriya:Əlcəzairin müqavilələri Kateqoriya:Fələstin Dövlətinin müqavilələri Kateqoriya:Ficinin müqavilələri Kateqoriya:Filippinin müqavilələri Kateqoriya:Finlandiyanın müqavilələri Kateqoriya:Gürcüstanın müqavilələri Kateqoriya:Haitinin müqavilələri Kateqoriya:Hondurasın müqavilələri Kateqoriya:Xorvatiyanın müqavilələri Kateqoriya:İndoneziyanın müqavilələri Kateqoriya:İordaniyanın müqavilələri Kateqoriya:İrlandiyanın müqavilələri Kateqoriya:İslandiyanın müqavilələri Kateqoriya:İspaniyanın müqavilələri Kateqoriya:İsrailin müqavilələri Kateqoriya:İsveçin müqavilələri Kateqoriya:İsveçrənin müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Kabo-Verdenin müqavilələri Kateqoriya:Kamerunun müqavilələri Kateqoriya:Kanadanın müqavilələri Kateqoriya:Keniyanın müqavilələri Kateqoriya:Kiprin müqavilələri Kateqoriya:Kolumbiyanın müqavilələri Kateqoriya:Komor adalarının müqavilələri Kateqoriya:Konqo Respublikasının müqavilələri Kateqoriya:Kosta-Rikanın müqavilələri Kateqoriya:Kot-d'İvuarın müqavilələri Kateqoriya:Kubanın müqavilələri Kateqoriya:Küveytin müqavilələri Kateqoriya:Qabonun müqavilələri Kateqoriya:Qambiyanın müqavilələri Kateqoriya:Qananın müqavilələri Kateqoriya:Qayananın müqavilələri Kateqoriya:Qazaxıstanın müqavilələri Kateqoriya:Qırğızıstanın müqavilələri Kateqoriya:Qrenadanın müqavilələri Kateqoriya:Qvatemalanın müqavilələri Kateqoriya:Qvineya-Bisaunun müqavilələri Kateqoriya:Qvineyanın müqavilələri Kateqoriya:Latviyanın müqavilələri Kateqoriya:Lesotonun müqavilələri Kateqoriya:Liberiyanın müqavilələri Kateqoriya:Lixtenşteynin müqavilələri Kateqoriya:Litvanın müqavilələri Kateqoriya:Livanın müqavilələri Kateqoriya:Lüksemburqun müqavilələri Kateqoriya:Macarıstan Xalq Respublikasının müqavilələri Kateqoriya:Madaqaskarın müqavilələri Kateqoriya:Malavinin müqavilələri Kateqoriya:Maldiv adalarının müqavilələri Kateqoriya:Malinin müqavilələri Kateqoriya:Maltanın müqavilələri Kateqoriya:Mavrikinin müqavilələri Kateqoriya:Mavritaniyanın müqavilələri Kateqoriya:Meksikanın müqavilələri Kateqoriya:Mərakeşin müqavilələri Kateqoriya:Mərkəzi Afrika Respublikasının müqavilələri Kateqoriya:Moldovanın müqavilələri Kateqoriya:Monakonun müqavilələri Kateqoriya:Monqolustan Xalq Respublikasının müqavilələri Kateqoriya:Monteneqronun müqavilələri Kateqoriya:Namibiyanın müqavilələri Kateqoriya:Naurunun müqavilələri Kateqoriya:Nepalın müqavilələri Kateqoriya:Niderlandın müqavilələri Kateqoriya:Nigerin müqavilələri Kateqoriya:Nigeriyanın müqavilələri Kateqoriya:Nikaraquanın müqavilələri Kateqoriya:Norveçin müqavilələri Kateqoriya:Özbəkistanın müqavilələri Kateqoriya:Palaunun müqavilələri Kateqoriya:Panamanın müqavilələri Kateqoriya:Papua-Yeni Qvineyanın müqavilələri Kateqoriya:Paraqvayın müqavilələri Kateqoriya:Perunun müqavilələri Kateqoriya:Polşa Xalq Respublikasının müqavilələri Kateqoriya:Ruandanın müqavilələri Kateqoriya:Rumıniya Sosialist Respublikasının müqavilələri Kateqoriya:Salvadorun müqavilələri Kateqoriya:Samoanın müqavilələri Kateqoriya:San-Marinonun müqavilələri Kateqoriya:San-Tome və Prinsipinin müqavilələri Kateqoriya:Seneqalın müqavilələri Kateqoriya:Sent-Kits və Nevisin müqavilələri Kateqoriya:Sent-Lüsiyanın müqavilələri Kateqoriya:Sent-Vinsent və Qrenadinin müqavilələri Kateqoriya:Serbiya və Monteneqronun müqavilələri Kateqoriya:Seyşel adalarının müqavilələri Kateqoriya:Slovakiyanın müqavilələri Kateqoriya:Sloveniyanın müqavilələri Kateqoriya:SSRİ-nin müqavilələri Kateqoriya:Surinamın müqavilələri Kateqoriya:Syerra-Leonenin müqavilələri Kateqoriya:Şərqi Timorun müqavilələri Kateqoriya:Şimali Koreyanın müqavilələri Kateqoriya:Şimali Makedoniyanın müqavilələri Kateqoriya:Tacikistanın müqavilələri Kateqoriya:Tailandın müqavilələri Kateqoriya:Toqonun müqavilələri Kateqoriya:Trinidad və Tobaqonun müqavilələri Kateqoriya:Tunisin müqavilələri Kateqoriya:Türkiyənin müqavilələri Kateqoriya:Türkmənistanın müqavilələri Kateqoriya:Ukrayna Sovet Sosialist Respublikasının müqavilələri Kateqoriya:Uqandanın müqavilələri Kateqoriya:Uruqvayın müqavilələri Kateqoriya:Vanuatunun müqavilələri Kateqoriya:Venesuelanın müqavilələri Kateqoriya:Yamaykanın müqavilələri Kateqoriya:Yaponiyanın müqavilələri Kateqoriya:Yeni Zelandiyanın müqavilələri Kateqoriya:Yəmən Ərəb Respublikasının müqavilələri Kateqoriya:Yuqoslaviyanın müqavilələri Kateqoriya:Zambiyanın müqavilələri Kateqoriya:Zimbabvenin müqavilələri Kateqoriya:Beynəlxalq konvensiyalar Kateqoriya:İraqın müqavilələri