Qüdrətli Co Yanq () — 1949-cu ildə çəkilmiş eyniadlı filmə əsaslanan 1998-ci il ABŞ macəra filmi. Film onu təhlükədən qorumaq üçün gənc qız və zooloq tərəfindən Los-Ancelesdəki vəhşi təbiət qoruğuna gətirilən nəhəng dağ qorillası və qisas almaq üçün Conu axtaran brakonyerlərdən bəhs olunur. Filmin rejissoru Ron Andervuddur. Baş rollarda Bill Pekston və Şarliz Teron çəkilib. Bu versiyada meymun orijinal versiyadakından xeyli böyükdür. Film kinokritiklərdən qarışıq rəylər almış və 90 milyon dollarlıq istehsal büdcəsi olmasına baxmayaraq ABŞ-də 50,6 milyon dollar gəlir əldə etmişdir.

Məzmun

Cill uşaq ikən Andrey Ştrasserin başçılıq etdiyi brakonyerlərin əlində körpə qorilla olan Conun anasının və öz anasının ölümünə şahid olur. Bu zaman brakonyer də şəhadət barmağını itirir. On iki il sonra Cill Conu böyüdür (ölçüsünə görə digər qorillalar onu qəbul etməmişdilər) və qoruğun direktoru Qreqq O'Hara Cilli qorilla ilə birlikdə ABŞ-yə köçsələr brakonyerlərdən daha təhlükəsiz olacaqlarına inandırana qədər hər ikisi nisbi sülh içində yaşayır.

Cütlük Kaliforniyanın Los-Anceles şəhərində Hollivuda səyahət edir və işçilərin ürəyini fəth edir. Orada Cill Co haqqında reportaj görən və itirilmiş barmağının qisasını almaq istəyən Ştrasser tərəfindən görülür. Cill Ştrasseri tanımır. Ştrasser isə Cili inandırmağa çalışır ki, Co Afrika ziyarətgahında daha yaxşı vəziyyətdə olacaq. Daha sonra şənlik zamanı Ştrasserin əlaltısı Conu qəzəbləndirmək üçün brakonyerlik açarlarından istifadə edir. Co partini dağıdır və Ştrasserə hücum etməyə çalışır. Co yuxu dərmanı ilə dayandırılır və beton bunkerə yerləşdirilir. Getməzdən əvvəl Qreq Cillə aşiq olur və onunla vidalaşır.

Cill Conun yuxuya verilə biləcəyini biləndə Ştrasserin təklifini qəbul etmək qərarına gəlir. O və iş yoldaşları hava limanına gedərkən Conu yük maşınında qaçaqmalçılıq yolu ilə aparırlar, Cill Ştrasserin barmaqlarının əskik olduğunu görür. O, öz anasını və Conun anasını öldürən brakonyer olduğunu ona bildirir. O, Ştrasser və onun əlaltısı ilə dalaşır, sonra maşından tullanır. Co Cilli görür və yük maşınının içərisində çırpınaraq oradan qaçır.

Bu arada, Qreqq də brakonyeri tanıyır, Co və Cillin arxasınca gedir. Co təlaşa səbəb olduğu bir festivalda daxil olur. Ştrasser gəlir və Cili öldürməyə çalışır, yanğın baş verir və bu da dönmə çarxının qırılmasına səbəb olur. Co Ştrasseri görür və Cili xilas edərək onu elektrik naqillərinin üzərinə atır və onu elektrik cərəyanı vurur. Co  dönmə çarxına çıxaraq orada qalan uşağı xilas edir. Co yıxılsa da sağ qalır və öz sığınacağında yaşamaq üçün Afrikaya qayıdır. Qreqq və Cill ehtiraslı şəkildə bir-birlərinə sarılaraq qucaqlaşırlar.

İstinadlar

Kateqoriya:1998-ci ilin ABŞ filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Heyvanlar haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin macəra dram filmləri Kateqoriya:ABŞ-nin bədheybət filmləri Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Disney qalmaqalları Kateqoriya:İngilis dilində macəra dram filmləri Kateqoriya:ABŞ filmlərinin remeykləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Meymunlar haqqında filmlər Kateqoriya:İngilis dilində elmi fantastika filmləri Kateqoriya:Nəhəng bədheybətlər haqqında filmlər