Brayan Okonner () — Forsaj franşizasında Pol Volkerin canlandırdığı uydurma personaj.
Brayan Okonner seriyanın ilk filmi olan Forsaj filmində göründü. Filmdə baş rolları Dominik Toretto və Brayan Okonner canlandırıb. Dövlət agenti olan Brayn sevdiyi qadın Mia Torettonun qardaşı ilə iş içərisinə girib və agentlikdən qovulub. Roman Pirs ilə uşaqlıq dostudur.
Brayan Okonner müasir kinonun ən məşhur personajlarından biridir və Pol Volkerə Hollivud ulduzu olmağa imkan verən roldur. O, 2002 və 2014-cü illərdə MTV Film Mükafatlarını Vin Dizellə birlikdə "ən yaxşı ekran işçi qrupu" nominasiyasında qazandı və Pol Volker bu personajla güclü şəkildə eyniləşdi. Brayan Okonnerin obrazı, Forsaj franşizasının uzunömürlülüyünün əsas səbəblərindən biri hesab olunurdu. Pol Volker 30 noyabr 2013-cü ildə avtomobil qəzasında öldükdən sonra personaj təqaüdə çıxdı.
İstinadlar