Endokrin xəstəliklər — endokrin sistemin pozulması nəticəsində baş verir. Endokrinoloji xəstəliklərlə məşğul olan tibb sahəsi endokrinologiya kimi tanınır. Xəstəliyin növləri
Ümumiyyətlə, endokrin xəstəliklərini 3 qrupa bölmək olar: Endokrin vəzilərinin hipofunksiyası/hiposekresiyası — hormon çatışmazlığına səbəb olur Endokrin vəzilərinin hiperfunksiyası/hipersekresiyası — hormon artıqlığına səbəb olur Endokrin vəzilərinin şişləri — xoş və ya bədxassəli.
Endokrin pozuntular çox vaxt olduqca mürəkkəbdir və endokrin sistemdə iştirak edən əks əlaqə mexanizmləri səbəbindən hiposekresiyanın və hipersekresiyanın qarışıq modelini əhatə edir. Məsələn, hipertiroidizmin əksər formaları artıq tiroid hormonu və tiroid stimullaşdırıcı hormonun aşağı səviyyədə olması ilə əlaqələndirilir. Xəstəliklərin siyahısı Qlükoza homeostazının pozulması
Şəkərli diabet Şəkərli diabetin 1-ci tipi Şəkərli diabetin 2-ci tipi Hamiləlikdə şəkərli diabet Gənclərdə yetkinlər tipli şəkərli diabet Hipoqlikemiya İdiopatik hipoqlikemiya İnsulinoma Qlükaqonoma Qalxanabənzər vəzin pozuntuları
Zob xəstəliyi Hipertireoz Diffuz zəhərli zob Zəhərli düyünlü zob Hipotireoz Tiroidit Haşimoto uru xəstəliyi Qalxanabənzər vəzin xərçəngi Qalxanabənzər vəzi hormonlarına qarşı müqavimət
Kalsium homeostazının pozulması və metabolik sümük xəstəlikləri
Qalxanabənzər ətraf vəziləri Birinci dərəcəli hiperparatiroidizm İkinci dərəcəli hiperparatiroidizm Üçüncü dərəcəli hiperparatiroidizm Hipoparatiroidizm Psevdohipoparatiroidizm Osteoparoz Paget sümük xəstəliyi Raxit Osteomalasiya Hipofiz vəzinin pozuntuarı Posterior hipofiz vəzi
Şəkərsiz diabet Uyğun olmayan antidiuretik hormon sindromu Ön hipofiz vəzi
Hipopituitarizm Hipofiz adenoması Prolaktinoma Akromeqaliya İtsenko-Kuşinq xəstəliyi Cinsi hormon pozuntuları
Cinsi inkişafın pozuntuları Hermofroditizm Qonadal disgenez Androgenlərə həssaslıq sindromu Hipoqonadizm İrsi (genetik və xromosomal) pozuntular Kallman sindromu Klaynfelter sindromu Şereşevski – Terner sindromu Qazanılmış pozuntular Birinci dərəcəli yumurtalıq çatışmazlığı (erkən menopoz kimi də tanınır) Hipoqonadizm Yetkinlik dövrünün pozuntuları Gecikmiş yetkinlik Erkən yetkinlik Menstrual funksiya problemləri Amenoreya Polikistik yumurtalıq sindromu Başqa yerdə qeyd olunmayan endokrin vəzilərin şişləri
Çoxsaylı endokrin neoplaziyası Vermer sindromu Sippl sindromu Çoxsaylı endokrin neoplaziyası tip IIb Karsinoid sindromu Endokrin fövqəladə halları
Endokrinologiyada fövqəladə hallara diabetik ketoasidoz, hiperosmolyar hiperqlikemik vəziyyət, hipoqlikemik koma, kəskin adrenokortikal çatışmazlıq, feokromositoma kriz, hiperkalsemik kriz, miksedematoz koma və hipofiz apopleksiyası daxildir.
Dekompensasiya olunmuş paratiroid feokromositoması və ya adenoması nəticəsində yaranan fövqəladə hallar bəzən aqressiv tibbi terapiya xəstənin vəziyyətini idarə edə bilmədikdə təcili rezeksiyaya yönəldilir. lakin cərrahi risklər əhəmiyyətlidir, xüsusilə qan təzyiqinin labilliyi və rezeksiyadan sonra ürək-damar sisteminin kollaps ehtimalı müvafiq olaraq katekolaminlərdə və kalsiumda tədricən normallaşma ilə kompensasiya edilməlidir.
Xüsusilə daha yeni və daha effektiv dərmanlar və müalicələr baxımından xəstəni sabitləşdirmək üçün davamlı cəhdlərdən sonra təcili və ya seçmə cərrahiyyədən fərqli olaraq təcili cərrahiyyənin nə vaxt məqsədəuyğun olduğu hələ də müzakirə olunur. İstinadlar
Xarici keçidlər
Kateqoriya:Endokrinologiya Kateqoriya:Endokrin xəstəlikləri