Aleksandr Alekseyeviç Qernqross (; ) – Rusiya İmperator Ordusunun hollanəsilli generalı. Rus-yapon müharibəsində diviziya və korpus komandanı kimi iştirak etmişdir. Müharibədən sonra ordunun aparıcı üzvlərindən biri olmuşdur.
Həyatı və fəaliyyəti Aleksandr Qernqross hollanəsilli Baltika almanlarına mənsub olan ailədə doğulmuşdur. 1868-ci ildə hərbi xidmətə daxil olmuş, Riqa Piyada Məktəbini bitirmişdir. 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmişdir.
Rus-yapon müharibəsi Qernqross Rus-yapon müharibəsində Birinci Sibir Ordu Korpusunun tərkibində olan 1-ci Sibir atıcı alayının komandanı olmuş və Telissu döyüşündə iştirak etmişdir. Daha sonra korpusunun komandanı olmuş və Lyaoyan döyüşündə döyüşmüşdür. Şahe döyüşü zamanı Şərq bölüyünün əsgərləri ilə yaradılmış xüsusi birliyə başçılıq etmiş və 16 oktyabr 1905-ci ildə Şa çayının cənubunda yerləşən Putilov, eləcə də, Ağac yüksəkliklərini ələ keçirməyi bacarmışdır. Qısa fasilədən sonra 1905-ci ilin fevralında yenə Birinci Sibir Ordu Korpusunun komandanı olmuş və Mukden döyüşündə iştirak etmişdir. O, müharibənin sonuncu quru döyüşündə Yaponiyanın Üçüncü Ordusuna qarşı döyüşmüş, lakin dəstək almadığı üçün geri çəkilməyə məcbur olmuşdur.
Mancuriyadakı hərbi bacarıqlarına görə müharibədən sonra tanınmış hərbçiyə çevrilmiş və 1911-ci ildə ordunun baş qərargahının başçısı təyin olunmuşdur. O, bu vəzifəni 1914-cü ilin martına kimi tutmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri