"Xalqlar məbədi" (,) — 1955-ci ildə İndiana ştatının İndianapolis şəhərində Cim Cons tərəfindən əsası qoyulmuş yeni dini hərəkat (həmçinin dağıdıcı kult və totalitar sekta kimi müəyyən edilir). Cons Xalqlar Məbədini xristianlığın elementlərini kommunist və sosialist ideyaları ilə birləşdirən, həmçinin irqi bərabərliyə üstünlük verən mesajı yaymaq üçün istifadə edirdihttp://jonestown.sdsu.edu/wpcontent/uploads/2013/10/DissolutionPeoplesTemple.pdfEileen Barker. New Religious Movements: A Practical Introduction. — Lanham: Bernan Press, 1990. — pp. 10–20. — ISBN 0-11-340927-3Гл. 3. Функционирование новых религиозных движений // Астахова А. С. Новые религиозные движения в трансформирующемся российском обществе: социальные процессы интеграции и изоляции. Автореферат диссертации на соискание учёной степени кандидата социологических наук. — Казань, 2011. .
Xalqlar Məbədi 1978-ci il noyabrın 18-də Qayanada baş verən hadisələrlə, onun Constaun adlı ucqar yaşayış məntəqəsində kütləvi intihar nəticəsində 909 nəfərin ölümü, həmçinin ABŞ konqresmeni Leo Rayan və onun nümayəndə heyətinin qətli ilə məşhurdur. Constaun kütləvi intiharları 11 sentyabr terror hücumlarına kimi ABŞ vətəndaşlarının ən çox həlak olduğu hadisə sayılır.
Qrup 1960-cı illərdə Kaliforniyaya köçdü və San-Fransiskodakı qərargahı da daxil olmaqla bütün ştatda bir neçə filiallar yaratdı. Fəaliyyətinin zirvəsində məbədin 20.000 üzvü (əslində, 3–5 min daha çox) olduğu ehtimal olunur və bir çox solçu siyasi xadimlərlə əlaqəsi var idi.
Formalaşması (1955–1965)
İndianapolisdə genişlənmə thumb|İndianapolis, Cim Consun İndianadakı ilk kilsəsi Xalqlar Məbədinin qurucusu Cim Uorren Cons 1931-ci ildə İndiana ştatının Krit şəhərində anadan olub. O, uşaqlıqdan dinlə maraqlanıb, yeniyetmə yaşlarından küçələrdə təbliğat aparıb. Kilsə yaranmazdan əvvəl Cim Cons kommunizmə heyran olmuş və ABŞ-də kommunistlərin təqibindən məyus olmuşduJim Jones. "Transcript of Recovered FBI tape Q 134". Alternative Considerations of Jonestown and Peoples Temple // Jonestown Project: San Diego State University . " Mən fikirləşdim: "Mən öz marksizmliyimi necə nümayiş etdirə bilərərm?" Belə bir fikir var idi ki, kilsəyə daxil olum. Ona görə mən şüurlu şəkildə bu perspektivi öyrənməyə başladım. Kommunist olduğuna görə qarşı reaksiyadan qorxsa da, Cons metodist nəzarətçinin onun kommunist olduğunu bilməsinə baxmayaraq, kilsəyə daxil olmasına kömək edəndə təəccübləndi. 1952-ci ildə Cons Indianapolisdəki Somerset Southside Metodist Kilsəsində pastorun şagirdi oldu, lakin ona afroamerikalıları öz yığıncağına inteqrasiya etməyi qadağan edildiyi üçün həmin kilsəni tərk etdi. 1954-cü ildə, 24 yaşında, Indianapolisdə icarəyə götürülmüş bir sahədə öz dini qrupunu qurdu və əvvəlcə onu "Məsihin Kəlamının Kilsəsi" adlandırmışCatherine Wessinger.How the Millennium Comes Violently: From Jonestown to Heaven’s Gate. Seven Bridges Press, 2000. . (), bir il sonra adını dəyişdirərək "Xalqlar Məbədi"ni yaratdı. Yeni hərəkat "apostol sosializminin" nailiyyətini təbliğ edirdi . Cons əvvəllər Yeddinci Gün Baptist kilsəsində "şəfa verən" xidmətin şahidi olmuş və belə nəticəyə gəlmişdi ki, bu cür "şəfalar" insanları öz kilsəsinə cəlb etməklə gəlir əldə etmək olar və bununla da öz sosial məqsədlərinə çata bilərğa kömək edə bilər. Məbədin üzvləri şüurlu şəkildə "şəfaları"ın nümayişi zamanı saxtakarlıq edirdilər. Çünki bu saxtakar "şəfalar" kasıblara kömək və kilsənin maliyyələşdirilməsində maliyyə mənbələrinin yaranmasına kömək edirdi. Bu "şəfa"lara toyuq qaraciyəri və Consun (və Məbəd Konfederasiyasının üzvlərinin) bədəndən çıxarılan xərçəngli toxumalar olduğunu iddia etdiyi digər heyvan toxumaları daxildirLayton 1999, p. 65–66. .
1956-cı ildə Cons Indianapolisin irqi qarışıq bölgəsində ilk kilsə binasını aldı. O, ilk dəfə bu kilsəni "Qurtuluş qanadları" adlandırdıReiterman 1982. p. 49–52., daha sonra isə ilk dəfə "xalqların məbədi" ifadəsini işlədərək "Xalqlar məbədinin Yevangelist kilsəsi" adlandırdı . Consun şəfavermə və iddia edilən öncəgörmə bacarıqları spiritistləri cəlb etdi.
İndianapolisdə genişlənmə Təbliğatı artırmaq üçün Məbəd digər Əllincilər pastorları ilə böyük dini "toplantılar" təşkil etdi. Cons sosial məqsədlərə çatmaq üçün dindən istifadə etdiyini gizlətməyə davam etdi . Bu konvensiyalarda 11.000 nəfər iştirak edirdi Cons və digər təbliğçilər "şəfavermə" mərasimlərini yerinə yetirirdilər və şəxsi məlumatları — adətən ünvanlar, telefon nömrələri və ya özəl olan sosial təhlükəsizlik nömrələri kimi nömrələri açıqlayaraq tamaşıçıları heyran edirdilər. Əslində isə bu məlumatlları xüsusi adamlar əvvəlcədən asanlıqla aşkar edə bilirdilər. Cons və məbədin digər üzvləri də vəsait axtarmaq və toplamaq üçün İndiana və Ohayo ştatlarının müxtəlif şəhərlərinə səfər edirdilər.
Məbəd bərabərlik ideallarını vurğulayır, yoxsul üzvlərin özlərini narahat hiss etməməsi üçün gündəlik geyindiyi paltarda gəlməsini təklif edir və ehtiyacı olanlara sığınacaq verirdi. O zaman Məbəd afro-amerikanların sayının 15%-dən təxminən 50%-ə qədər artırdı. Əlavə fayda əldə etmək üçün Məbəd afro-amerikalı təbliğçi Arçi İcamesi işə götürdü. Pastor İcamez Consun sosialist kollektiv proqramında ilk iştirak edənlərdən biri idiReiterman 1982. p. 54–55. . 1959-cu ildə kilsə xristian kilsəsinə (Məsihin şagirdləri) qoşuldu və Yevangelist Xristian Kilsəsinin Xalqlar Məbədi adlandırıldı . Bu mənsubiyyət azalan üzvləri artırmaq və təşkilatın reputasiyasını bərpa etmək üçün uğurlu cəhd idi.
1960-cı ilin fevralında Məbəd kasıblar üçün yeməkxana açdı və sosial xidmətləri genişləndirdi və buraya icarə yardımı, məşğulluq xidmətləri, pulsuz konservlər, paltarlar və qışda istilik üçün kömür daxil etdi. Cons və arvadı Məbədin şorba xidmətini ayda orta hesabla 2800 yeməyə çatdırmağa kömək etdi .
Cons İndianapolis İnsan Haqları Komissiyasına təyin edildikdə Məbədin nüfuzu daha da artdı.
"Dini kommunizm" Cons Beynəlxalq Sülh Missiyası hərəkatının banisi olan "İlahi Ata" (Amerika Ruhanisi) haqqında çox oxumuşdu. Cons və məbədin üzvləri bir neçə dəfə "İlahi Ata"nı ziyarət etdilər və bu zaman, Cons da onun qeydlərini və moizlərinin öyrənirdi. Məbəd öz üzvləri üçün "İlahi" mətnləri çap etdi və məbəd üzvlərinin cinsi əlaqədən çəkinməyi və yalnız uşaqları övladlığa götürmələri barədə təbliğ etməyə başladı.
1959-cu ildə Delaver küçəsindəki məbəddə etdiyi xütbədə Cons "İlahi" tərəfindən istifadə edilən yeni alovlu ritorik üslubu sınaqdan keçirdi. Bu çıxış həm də Məbədin əsas mesajının "biz onlara qarşı"Reiterman 1982. p. 60. başlanğıcını qeyd etdi. Cons Karl Marksın "Qota Proqramının TənqidiÜReiterman 1982. p. 61. əsərindən sitat gətirərək, Məbədin qocalar evinin " Hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacına görə " əsasında qurulduğunu danışdı. O, bunu özü belə etdi, çünki bilirdi ki, xristian auditoriyası onun "Apostolların İşləri" mətni (4:34–35) ilə oxşarlığını görəcək. Burada deyilirdi: "Onların arasında ehtiyacı olan heç kim yox idi; torpaqları və ya evləri olanların hamısını sataraq, satılanların qiymətini gətirib apostolların ayaqları altına qoydular; və hər birinə lazım olanı verildi." Cons İsa Məsihi kommunist kimi təsvir etmək üçün dəfələrlə bu parçadan sitat gətirdi, eyni zamanda İncil mətninin çox hissəsini tənqid edirdi.
Məbəd öz təşkilatın şərtlərini sərtləşdirməyə başladı. Onun üzvlərindən Şükranlıq və Milad bayramını qan qohumları ilə deyil, Məbədin "ailəsi" ilə keçirmələri tələb olunurdu və üzvlərin ailələrindən ayrılması və onların həyatlarını Məbədin ictimai və siyasi həyatına tam bağlılığa doğru yönləndirməsi prosesi başladı. Cons "dini kommunizm" adlandırdığı sosialist kollektivi ilə sövdələşmə təklif etməyə başladı. Bu sövdələşməyə əsasən məbəd üzvləri bütün maddi vəsaitlərini Məbədə qurban verir, əvəzində isə Məbəd onların bütün ehtiyaclarını ödəyirdi.
Məbəd din kimi maskalanmasına baxmayaraq, Orta Qərbin əhalisinin əksəriyyətini kommunist ideallarına çevirə bilmədi. 1959-cu ildə Fidel Kastro tərəfindən Kubada Batistanın devrilməsinə heyran olan Cons 1960-cı ildə Kubaya səfər edərək yoxsul kubalı qaradərililəri öz inancına çevirməyə cəhd etdi, lakin plan uğursuz olduReiterman 1982. p. 62. .
Bu dövrdə məbədin dini mesajı ateizm və Consun Məsihə bənzər bir fiqur olduğuna dair incə anlayış arasında keçdiReiterman 1982. p. 74. .
1961-ci ildə Cons nüvə hücumuna məruz qalan Çikaqonu gördüyünü bildirdiReiterman 1982. p. 76. . O, İndianapolisin də məhv ediləcəyini iddia edərək, köməkçiləri Məbədin yeni yer axtarmalı olduğuna inandırdı.
1962-ci ildə Esquire jurnalının məqaləsində nüvə müharibəsi üçün ən təhlükəsiz doqquz yer verilmişdir. Yerləşdiyi yer və atmosfer şəraitinə görə siyahıya Belo Horizonte, Braziliya başçılıq ediridi. Cons 1962-ci ildən 1963-cü ilin əvvəlinə kimi Braziliyada səyahət etdiReiterman 1982. p. 83. . O , Rio-de-Janeyroda olarkən məbəddən pul istədi, lakin Consun yoxluğunda maliyyə kəsilməsi səbəbindən Məbədin belə bir tələbi təmin etmək üçün vəsaiti yox idi.
Cons 1963-cü ildə İndianaya qayıtdı. O, həmişə sosial Müjdənin fəzilətlərindən danışsa da, Cons 1960-cı illərin sonlarına qədər onun müjdəsinin əslində kommunizm olduğunu açıqlamırdı . O vaxta qədər o, məbədin moizələrində öz "apostol sosializmi" anlayışını açıq şəkildə ortaya qoyduJim Jones. Transcript of Recovered FBI tape Q 1023. Alternative Considerations of Jonestown and Peoples Temple // Jonestown Project: San Diego State University . Bu dövrdə Cons yeni üzvlərə Müqəddəs Ruhun onların içində olduğunu təbliğ edirdi, lakin Consun müalicəvi gücü onun "İnqilab Məsihinin" xüsusi təzahürü olduğunu nümayiş etdirdi . O, həmçinin ABŞ-nin dəccal, kapitalizmin isə "dəccal sistemi" olduğunu təbliğ edirdi .
Onun qrupunun əsas fərqləndirici xüsusiyyətlərindən biri etnik tərkibi idi. O dövrdə İndianadakı əksər dini qruplar irqi ayrı-seçkiliyə görə müxtəlif kilsələrdən ibarət idi. "Xalqların Məbədi"ndə isə irq və millətlər arasında heç bir fərq yox idi. Bu fakt insanların quruma qarşı qeyri-dost münasibətinin səbəblərindən biri idi. Bir çox İndiana sakinləri "Xalqlar Məbədi" ni və təşkilatın fəaliyyətini bidət kimi gördülər və Cim Cons bu səbəblərə görə köçüb San Fransiskoda məskunlaşmaq məcburiyyətində qaldı.
Cim Cons və davamçıları sərt şəkildə tənqid edildikdən sonra Xalqlar Məbədi 1965-ci ildə Redvud Belliyə (Kaliforniya) köçdü. Bu zaman qrup təxminən 80 nəfərdən ibarət idi. Onlar əsasən milli və irqi azlıqların nümayəndələri, yoxsullar, narkomanlar, fahişələr, evsizlər idi. Xalqlar Məbədinin kasıblar üçün pulsuz yeməkxana, uşaq bağçası, yaşlılara qayğı proqramı, pulsuz tibbi xidmət və müavinətlərin alınmasında hüquqi yardım kimi sosial proqramları çoxlarını təşkilata cəlb etdi.
Kaliforniyada (1965–1974)
Kaliforniyaya köç Cons nüvə Holokostununun qaçılmaz olduğunu təbliğ edirdi. Bundan sonra isə sağ qalan seçilmişlər yer üzündə yeni sosialist cənnəti yaradacaqlarını deyirdi. 1965-ci ildə o, bunun 1967-ci il iyulun 15-də baş verəcəyini proqnozlaşdırmışdı. Müvafiq olaraq, Cons məbədin Redvud Vadisinə, Kaliforniyaya köçməli olduğunu təbliğ etdi. 1965-ci ilin iyulunda Cons yarısı qaradərili olan təxminən 140 üzvü Redvud vadisinə gətirdi və orada kilsəsini rəsmi olaraq açdı.
Cons ənənəvi xristianlığı "uçub getmiş din" kimi ələ salmağa başladı və ağdərili kişilərin qadınlara hökmranlıq etmələri və rəngli insanları əsarət altına alması üçün bir bəhanə kimi İncildən imtina etdi. Cons təbliğ edirdi ki, "İlahi Prinsip" məhəbbətlə, məhəbbət isə sosializmlə eyniləşdirilir.
Şəhərdə ekspansiya thumb|Xalqlar Məbədinin üzvləri 1977-ci ilin yanvarında San-Fransiskoda keçirilən yürüş zamanı.