Abubakr Abakarov () — 2008-2014-cü illərdə Rusiya, 2014-cü ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi.
Karyerası Abubakr Abakarov 2014-cü ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə başa vurdu. 2016-cı ildə Azərbaycan Güləş Federasiyası (AGF) Abubakr Abakarovu Azərbaycan yığmasına dəvət etdi. Abubakr Abakarov bu dəvəti qəbul etdi və 2016-cı ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.
Abubakr Abakarov 2016-cı ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc, sentyabrında Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının isə qızıl medalına sahib oldu.
2017-ci ildə Abubakr Abakarov Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatında mübarizə aparsa da, turniri 18 idmançı sırasında 10-cu pillədə başa vurdu.
Daha sonra Abubakr Abakarov 2018-ci ildə Trnava şəhərində gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu, Budapeşt şəhərində baş tutan Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu.
Abubakr Abakarov 2019-cu ilin iyununda İspaniyada baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu, avqustunda Estoniyada baş tutan gənclər arasında Dünya Çempionatının isə bürünc medalına sahib oldu. Beynəlxalq turnirlərində — İstanbul şəhərində Yaşar Doğu Turniri beşinci pillədə, Saxa vilayətində isə D. Korin Turnirini isə gümüş medalla başa vurdu. İlin sonunda isə Abubakr Abakarov Budapeşt şəhərində (Macarıstan) baş tutan U23 Dünya Çempionatının gümüş medalına sahib oldu.
2020-ci ildə Abubakr Abakarov İstanbul şəhərində Yaşar Doğu Turnirinin qalibi oldu, İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatını isə 8-ci pillədə başa vurdu.
2021-ci ildə Abubakr Abakarov yanvarda Nitsa şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalla, martda Budapeşt şəhərində (Macarıstan) Avropa Olimpiya Təsnifat Turnirini beşinci pillədə, mayda isə Sofiya şəhərində (Bolqarıstan) Dünya Olimpiya Təsnifat Turnirini bürünc medalla başa vurdu. Olimpiya lisenziyasına sahib ola bilməyən Abubakr Abakarov ilin sonunda Oslo şəhərində (Norveç) baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.
2022-ci ilin əvvəlində Abubakr Abakarov D. Kolov — N. Petrov beynəlxalq turnirinin və U23 Avropa Çempionatının qalibi oldu. Martda isə Abubakr Abakarov Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının final görüşündə məğlub oldu və turniri gümüş medalla başa vurdu. Daha sonra Roma şəhərində Matteo Pellicone Turnirinin gümüş, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını isə qızıl medalına sahib olan Abubakr Abakarov ilin sonunda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatını 11-ci pillədə başa vurdu.
Abubakr Abakarov 2023-cü ilin əvvəlində uğursuz çıxış edib — Zaqreb şəhərində (Xorvatiya) Zagreb Open beynəlxalq turnirini və Sofiya şəhərində (Bolqarıstan) D. Kolov — N. Petrov beynəlxalq turnirini beşinci pillədə başa vurdu. Apreldə isə Abubakr Abakarov Zaqreb şəhərində baş tutan Avropa Çempionatının bürünc medal uğrunda görüşündə qələbə qazanaraq turnirin bürünc medalına sahib oldu. İyunda Qırğızıstanda beynəlxalq turnirin gümüş medalına sahib olan Abubakr Abakarov jəmin ilin sentyabrında Serbiyada baş tutan Dünya Çempionatının 1/8 final mərhələsi zamanı zədələndi və turnirdə mübarizəsini başa vurdu.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Rusiya12014A. Medved Turniri Belarus8. Azərbaycan22016Yeniyetmələrin Avropa Çempionatı İsveç3.3Yeniyetmələrin Dünya Çempionatı Gürcüstan1.42017Gənclərin Avropa Çempionatı Almaniya10.52018Gənclərin Dünya Çempionatı Slovakiya2.6Dünya Çempionatı Macarıstan8.72019Gənclərin Avropa Çempionatı İspaniya1.8Yaşar Doğu Turniri Türkiyə5.9Gənclərin Dünya Çempionatı Estoniya3.10D. Korin Turniri Rusiya2.11U23 Dünya Çempionatı Macarıstan2.122020Yaşar Doğu Turniri Türkiyə1.13Avropa Çempionatı İtaliya8.142021Fransa Qran-Prisi Fransa3.15Avropa Olimpiya Təsnifat Turniri Macarıstan5.16Dünya Olimpiya Təsnifat Turniri Bolqarıstan3.17Dünya Çempionatı Norveç3.182022D. Kolov — N. Petrov Turniri Bolqarıstan1.19U23 Avropa Çempionatı Bolqarıstan1.20Avropa Çempionatı Macarıstan2.21Matteo Pellicone Turniri İtaliya1.22İslam Həmrəyliyi Oyunları Türkiyə2.23Dünya Çempionatı Serbiya11.242023Zagreb Open Xorvatiya5.25D. Kolov — N. Petrov Turniri Bolqarıstan5.26Avropa Çempionatı Xorvatiya3.27Vargo Yanos Turniri Macarıstan10.28Dünya Çempionatı Serbiya20.
İstinadlar
Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Rusiyanın beynəlxalq dərəcəli idman ustaları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları