Evolu Janna (; ) — Fransa kralı IV Çarlzın üçüncü xanımı, Fransa və Navarra kraliçası.Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149
Atası Fransa kralı III Filippin oğlu Lüdovik, anası isə Artesli Marqaritadır. 5 iyul 1324-cü ildə əmisi oğlu olan Fransa kralı IV Çarlzla evləndirildi. Qohum olan cütlüyün evlənə bilməsi üçün Papa XXII Condan xüsusi icazə alındı. 11 may 1326-cı ildə keçirilən tacqoyma mərasimiylə Fransa kraliçası oldu. Cütlüyün bu evlilikdən 3 qızı dünyaya gəlsə də, bunlardan yalnız biri yetkinlik yaşına çatdı.
1328-ci ildə əri IV Çarlz vəfat etdi və o əsnada hamilə olan Janna bir qız uşağı dünyaya gətirdi. Qızlarıyla birlikdə qalan ömrünü ərindən miras qalan mülklərində keçirən Janna sonrakı illərdə mühüm siyasi rollar oynadı.
4 mart 1371-ci ildə Paris yaxınlığında vəfat edən Evolu Janna Sen-Deni Bazilikasına dəfn edildi.
Mənbə
Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20 d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512. Palgrave Macmillan
İstinadlar