Robert de Klermon (; ) — Fransa kralı IX Lüdovikin oğlu, Burbon sülaləsinin banisi.Keen, Maurice (1984). "The Rise of the Tournament". Chivalry. Yale University Press. pp. 87. ISBN 0-300-03360-5

Həyatı Robert 1256-cı ildə Fransa kralı IX Lüdovik və onun xanımı Provanslı Marqaritanın ən kiçik oğlu olaraq dünyaya gəlib. Uşaqlıq illəriylə bağlı yetərli məlumat olmasa da, azyaşlı ikən yaşadığı bədbəxt hadisə əsnasında aldığı zədəylə ömürlük şikəst qaldığı məlumdur. Bu səbəblə həyatda ikən aktiv siyasi fəaliiyəti olmamışdır.

Buna baxmayaraq, 1272-ci ildə dövrün nüfuzlu ailələrindən olan Burqundiya hersoqu IV Hüqonun nəvəsi Beatrisayla evləndirildi. Onun məhz bu evlilikdən dünyaya gələn böyük oğlu Lüdovik, 1589-cu ildə taxta çıxan IV Henrinin ulu babasıdır. Beləcə, onun törəmələri özündən 9 nəsil sonra taxta çıxdı.

Mənbə

Bourbon, John Bell Henneman Jr., Medieval France: An Encyclopedia, Ed. William W. Kibler, (Routledge, 1995), 138 Brett, E.T., Humbert of Romans, (PIMS, 1984), 37

İstinadlar

Kateqoriya:XIII əsr Fransa zadəganları Kateqoriya:XIV əsr Avropa hökmdarları