Mühasibat mənfəəti () — sahibkarlıq fəaliyyətindən əldə edilən məcmu mənfəətin, bu cür fəaliyyətlərin aparılmasına, o cümlədən itirilmiş mənfəətə görə sənədləşdirilməmiş xərclər nəzərə alınmadan, hesabat dövrü üçün qüvvədə olan qanunvericiliyə əsasən qəbul edilmiş qaydalara uyğun şəkildə mühasibat uçotu vasitəsilə hesablanmış formasıdır.
Bu, təşkilatın bütün gəlir mənbələrindən əldə etdiyi ümumi mənfəətdən, istehsal olunan mal və ya xidmətlərin istehsalı, əldə edilməsi və ya bölüşdürülməsi xərcləri, qısamüddətli kreditlər üzrə ödənilən faizlər və resurs haqları çıxıldıqdan sonra müəyyənləşdirilir.
Tərifi K.R.Makkonnell və S.L.Brüya görə, mühasibat mənfəəti — ümumi gəlirdən mühasibat xərclərini (yəni açıq-aşkar və sənədləşdirilmiş xərclərin) çıxılması nəticəsində əldə edilən məbləğdir.
Mühasibat mənfəəti = Gəlir – Mühasibat xərcləri.
İstinadlar
Kateqoriya:İdarəetmə uçotu Kateqoriya:Mənfəət