Sovet İttifaqı Xarici İşlər Nazirliyi və ya tam şəkildə Sovet Sosialist Respublikaları İttifaqının Xarici Əlaqələr Nazirliyi (), Rəsmi olaraq 1923-cü il iyulun 16-da yaradılmış dövlət qurumudur. Bu qurum 1946-cı ilə qədər Xarici İşlər Xalq Komissarlığı () və ya qısaca Narkomindel . 1946–1991-ci illərdə isə Xarici İşlər Nazirliyi () olaraq adlandırılmışdır.

Nazirlik 16 iyul 1923-cü ildə Sovet İttifaqının yaradılması haqqında müqavilə imzalandıqdan sonra keçmiş Rusiya SFSR Xarici İşlər Xalq Komissarlığının bazasında ümumittifaq səviyyəsində yaradılmışdır. Seçiləcək hər bir nazirin namizədliyi Sovet İttifaqı Nazirlər Sovetinin sədri tərəfindən irəli sürülür və Ali Sovetin Rəyasət Heyəti tərəfindən təsdiq edilirdi.

Xarici İşlər Nazirliyi diplomatik müqavilələr üzrə danışıqlar aparır, Beynəlxalq Mərkəzi Komitənin şöbəsi ilə Sovet xarici siyasətini aparır, dünya ölkələrini beynəlmiləlçilik, dünya kommunizmi və anti-imperializm məqsədlərinə doğru istiqamətləndirirdi. Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyasının baş katibi olana qədər nazirliyin strukturu demək olar ki, dəyişilməz qaldı. İstinadlar

Kateqoriya:SSRİ Xarici İşlər Nazirliyi Kateqoriya:Ləğv olunmuş nazirliklər Kateqoriya:SSRİ diplomatları Kateqoriya:SSRİ tarixi