Navarralı I Janna (; ) — Navarra kraliçası və Fransa kralı IV Filippin xanımı, Fransa kraliçası.Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnership, 1274–1512. Palgrave Macmillan O, fransız hakimləri tərəfindən idarə edildiyi üçün heç vaxt Navarraya de-fakto olaraq hakim olmadı. 1305-ci ildə Parisdə ilk Navarra Kollecinin əsasınnı qoymuşdur.

Həyatı Navarralı Janna 1273-cü ildə Navarra kralı I Henri və xanımı Artesli Blanşın yeganə qızı olaraq dünyaya gəldi. Hələ bir yaşında ikən atasının vəfatıyla Navarra kraliçası elan edildi. Ancaq yaşı səbəbilə anası Artesli Blanş onun qoruyucusu və taxt naibəsi təyin edildi.

Ancaq azyaşlı kraliça və onun anasının zəif naibəliyi səbəbilə, qısa zamanda Navarra yerli və xarici qüvvələrin mübarizə meydanına çevrildi. Buna görə də, Artesli Blanş qızını da alaraq 1274-cü ildə Fransaya qaçdı və bir il sonra III Filipplə bağladığı sülh müqaviləsiylə Fransa təbəəliyini qəbul etdi. Bağlanan sülh müqaviləsinə görə, Navarranın azyaşlı kraliçası Fransa kralının oğullarından Ədalətli Filipplə nişanlandı və hər ikisi Fransa sarayında birlikdə böyüdülər.

Nəhayət, 16 avqust 1284-cü ildə cütlüyün toy mərasimi baş tutdu. Mərasimin ardından Navarra kralı elan edilən Ədalətli Filipp, bir il sonra atasının vəfatıyla Fransa kralı təyin edildi. Beləcə, Navarralı Janna da həm Navarra, həm də Fransa kraliçası oldu. Cütlüyün dünyaya gələn hər üç oğlu Fransa kralı, yeganə qızları olan İzabella isə İngiltərə kraliçası olmuşdur. Krala olduqca bağlı olan Navarralı Janna bu səbəblə, heç vaxt Navarraya qayıtmadı. Krallığı isə öncə qayınatası, daha sonra ərinin təyin etdiyi fransız hakimlər tərəfindən idarə edildi.

Navarralı Janna 1305-ci ildə doğuş əsnasında vəfat etdi. Cənazəsi isə Parisdəki Kordelya malikanəsinə dəfn edildi.

Övladları Marqarita (128–1294) X Lüdovik Blanş (1290–1294) V Filipp IV Çarlz İzabella Robert (1297 — iyul 1308)

Mənbə Menache, Sophia (1998). Clement V. Cambridge, England: Cambridge University Press. p. 85. ISBN 0521592194 Echols, Anne; Williams, Marty, eds. (1992). An annotated index of medieval women. Markus Wiener Publishers. ISBN 9780910129275 George, Hereford Brooke (1875). Genealogical table illustrative of Modern History. Oxford at the Clarendon Press.

İstinadlar

Kateqoriya:Qadın hökmdarlar Kateqoriya:Orta əsrlər Avropa müharibələrində qadınlar Kateqoriya:XIII əsr monarxları Kateqoriya:XIII əsr şəxsləri Kateqoriya:XIV əsr şəxsləri Kateqoriya:Kapetlər sülaləsi Kateqoriya:Navarra kralları Kateqoriya:XIII əsr Avropa monarxları Kateqoriya:XIII əsr Fransa şəxsləri