Cəmaləddin Səməd oğlu Rzayev () — Azərbaycan dövlət və partiya xadimi, Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1973), Azərbaycan SSR daxili işlər nazirinin müavini, Azərbaycan Kommunist Partiyasının (1959–1962) və Dzerjinski (1956–1959) rayon komitələrinin birinci katibi.
Həyatı Cəmaləddin Səməd oğlu Rzayev 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. 17 yaşı olarkən Böyük Vətən müharibəsində iştirak etmiş, 1944-cü ildə yaralanaraq ordudan tərxis olunmuşdur.
1944–1947-ci illərdə Azərbaycan LKGİ Sumqayıt Rayon Komitəsinin katibi, 1947-ci ildən Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1948–1949-cu illərdə ÜİLKGİ MK yanında Mərkəzi Komsomol Məktəbinin dinləyicisi olmuş, 1950-ci ildən Azərbaycan LKGİ MK-da şöbə müdiri, Kür–Araz Su Qurğuları Tikintisi İdarəsində siyasi şöbə rəisinin komsomol işi üzrə köməkçisi vəzifələrində çalışmışdır. 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, birinci katibin köməkçisi olmuşdur. bitirmişdir.
Cəmaləddin Rzayev 1956-cı ildə Azərbaycan KP Dzerjinski Rayon Komitəsinin birinci katibi seçilmiş, 1959–1962-ci illərdə Azərbaycan KP Oktyabr Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. 1962-ci ilin may ayında Azərbaycan Daxili İşlər Nazirliyində rəhbər işə keçirilmiş, burada idarə rəisi olmuş, Azərbaycan SSR daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdır. 1971-ci ildən sovet işində fəaliyyətini davam etdirmişdir.
Cəmaləddin Rzayev 1946-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan KP MK üzvü, Azərbaycan KP Təftiş Komissiyasının sədri, VI və VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 2-ci dərəcəli "Vətən müharibəsi", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmişdir. Ona "SSRİ Daxili İşlər Nazirliyinin əməkdar işçisi" fəxri adı verilmişdir.
Cəmaləddin Rzayev 1973-cü ilin may ayında vəfat etmişdir.
Jurnalist Ağababa Rzayevin qardaşıdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Şaumyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Dzerjinski Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan polis polkovnikləri Kateqoriya:Azərbaycan SSR Baş Milis İdarəsinin rəisləri