Temur Nodaroviç Çxeidze (;) — sovet, gürcü və rus teatr rejissoru, aktyoru.. Gürcüstan SSR-nin xalq artisti (1981), Rusiya Federasiyasının xalq artisti (1994), Lenin mükafatı laureatı (1986).

Həyatı Temur Çxeidze Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda Dmitri Aleksidzenin emalatxanasında təhsil alıb. 1965-ci ildə institutu bitirdikdən sonra Zuqdidi Dram Teatrında rejissor işləyib (1967-ci ilə qədər). Sonra 1967–1970-ci illərdə Tbilisi Gənclər Teatrında, 1970–1980-ci illərdə isə Şota Rustaveli Teatrında işləyib.

1991-ci ildən Q. A. Tovstonoqov adına Böyük Dram Teatrı ilə sıx əməkdaşlıq etmiş, lakin uzun müddət baş rejissor vəzifəsindən imtina etmişdir. Sonralar Çxeidze bu barədə deyirdi: "Bildim: burada nə etsəniz, Tovstonoqovun dövründəkindən də pis olacaq. Ancaq bu yoxdur və ümumiyyətlə Tovstonoqlar çox nadir hallarda doğulur. Və həyat davam edir, mən isə bir vaxtlar mövcud olan teatra heyran olaraq, onu Tovstonoqov kimi səhnələşdirə bilmərəm". Buna baxmayaraq, 2004-cü ildə Çxeidze teatrın bədii rəhbəri Kiril Lavrovun uzun illər apardığı danışıqların nəticəsində BDT-nın baş direktoru təyin edildi. 2007-ci ildə Lavrovun ölümündən sonra o, teatrın bədii rəhbəri olub.

Son illərdə tənqidçilər Böyük Dram Teatrındakı durğunluqdan yazır. 2013-cü il fevralın 19-da Temur Çxeidze teatrdan istefa verir. O, martın 4-də keçirdiyi mətbuat konfransında istefasının səbəblərini belə açıqlayır: "İndi bəlkə də elə vaxt gəlib çatıb ki, Böyük Dram Teatrında şəxsən mənim edə bilmədiyim dəyişikliklər lazımdır. Çoxları məni retrograd adlandırsa da, amma bu, mənim prinsipial yolum idi — Tovstonoqov irsini qorumaq yolu idi. Əminəm ki, 10 ildən az vaxt keçəcək və rus teatrına yenə klassika lazım olacaq. Bir gənc mənə dedi ki, ifalarım anaxronizm kimi qəbul edilir. Dürüstlüyünə görə ona təşəkkür edirəm".

Temur Çxeidze 5 iyun 2022-ci ildə vəfat edib.

Opera tamaşaları Mariinski Teatrında: 1996 — Sergey Prokofyevin "Qumarbaz" ("Ən yaxşı opera tamaşası" nominasiyasında Milli Qızıl Maska Mükafatı) 1998 — "Don Karlos", Cüzeppe Verdi və "Uçan holland", Rixard Vaqner 1999 — Sergey Raxmaninovun "Xəsis cəngavər" və Nikolay Rimski-Korsakovun "Motsart və Saleri"

2004-cü ildə o, Dövlət Akademik Böyük Teatrında Dmitri Şostakoviçin "Mtsenskli Ledi Makbet" operasını tamaşaya qoyub. Çxeidze, xaricdə rus bəstəkarlarının operalarını: 1991-ci ildə La Skalada Sergey Prokofyevin "Qumarbaz" və 2001-ci ildə Metropoliten-operada; 2004-cü ildə Paris və Bordodakı Fransız opera teatrlarında N. A. Rimski-Korsakovun "Çar gəlini"ni səhnələşdirib.

Mükafatları "Şərəf" ordeni (14 fevral, 2009) — yerli teatr sənətinin inkişafına verdiyi böyük töhfəyə və uzun illər yaradıcılıq fəaliyyətinə görə Rusiyanın xalq artisti (12 fevral 1994) — teatr sənəti sahəsində görkəmli nailiyyətlərinə görə Prezidentin Əlahiddə ordeni (2018, Gürcüstan) Gürcüstan SSR xalq artisti (1981) "Lenin" mükafatı (1986) Tbilisinin fəxri vətəndaşları (2010) Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin "Rusiya mədəniyyətinə töhfəsinə görə" döş nişanı (29 mart 2013)

İstinadlar

Xarici keçidlər "Sankt-Peterburqun şəxsiyyətləri" saytındakı tərcümeyi-halı

Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları