thumb|Dünya İslam Missiyası Oslodakı məscid. Norveçdə islam — xristianlığın müxtəlif formalarından sonra ikinci ən geniş yayılmış din. 2016-cı ilin statistikası 148 189 müsəlmanı göstərir ki, bu da ölkə əhalisinin təxminən 2,8%-ni təşkil edir. Norveçdə müsəlmanların əksəriyyəti sünnilərdir və şiələrin də əhəmiyyətli azlığı var. Müsəlmanların təxminən 55%-i Oslo və Akerşus əyalətlərində yaşayır. Əhalinin böyük hissəsi immiqrantlardır, onların ən böyük qrupu Norveçli pakistanlılardır.

Tarixi İslandiya salnamələrində qeyd olunur ki, 1260-cı illərdə Kral IV Hakon Qoca Sultana hədiyyələr göndərir və Norveçdə səfirliklərini açırlar, lakin ölkədə müsəlman əhali 20-ci əsrin ikinci yarısına qədər nəzərə çarpmırdı. Müsəlman ölkələrindən Norveçə immiqrasiya digər Qərbi Avropa ölkələrinə nisbətən gec başladı və yalnız XX əsrin 60-cı illərində irəliləməyə başladı. Norveçdə müsəlmanların sayı ilk dəfə 1980-ci ildə qeydə alınıb və 1006 nəfər olub. Bu statistika qeydiyyatdan keçmiş camaatın vəziyyətinə əsaslanıb və bu qədər az olmasına səbəb müsəlmanların əksəriyyətinin məscidlərdəki vəziyyətidir. 1990-cı illərin sonlarında İslam azlıq dini olmaya başladı. Belə ki, Avropanın başqa yerlərindən müsəlman immiqrasiyası sürətləndi. Beləliklə, İslam Katolik Kilsəsini və Pentikostalları geridə qoyaraq Norveçin bir nömrəli azlıq dini oldu. 2010-cu ildə İsveçin Örebro şəhərindən olan bir müsəlman Səudiyyə Ərəbistandan gələn pulla Tromsoda məscid tikmək istəsə də, Norveç hökuməti Səudiyyə Ərəbistanda din azadlığının olmadığını əsas gətirərək icazə verməmişdi.

Həmçinin bax Norveç Norveç əhalisi

İstinadlar

Kateqoriya:Norveçdə din Kateqoriya:Norveçdə islam