Marağa körpüsü və ya Morduq körpüsü ()- İranın Şərqi Azərbaycan ostanının Marağa şəhərində, eyni adlı çay üzərində yerləşən tarixi abidə. Körpü 2003-cü ildə təmir edilmiş və İran Mədəniyyət nazirliyi tərəfindən 7540 nömrəsi ilə milli irs siyahısına əlavə edilmişdir.
Tarixi Aparılan tədqiqatlara və Miras-i Fərhənginin (İran Mədəniyyət nazirliyi) qeydlərinə görə, bu abidə Səfəvilər dövründə tikilib. Körpü əvvəllər Mordi çayı adlanan Səhənd dağ silsiləsindən axan Morduq çayı üzərində inşa edilib. Keçmişdə bu körpü Marağanı Həştrud və Miyanə şəhərləri ilə birləşdirirdisə, bu gün yalnız bir neçə kənd sakinləri tərəfindən istifadə edilir. Körpü 2003-cü ildə bərpa edilmiş və həmin il Miras-ı Fərhəngi tərəfindən 7540 nömrəsi ilə qorunaraq qeydə alınmışdır. Bu abidə həm də İranın Azərbaycan bölgəsində qeydə alınmış yeganə körpüdür.
Körpüyə aid kitabə yoxdur.
Memarlıq xüsusiyyətləri Körpü Səfəvilər dövründə tikilsə də onun memarlıq xüsusiyyətləri Elxani dövrü körpüləri ilə oxşarlıq təşkil edir. Marağa körpüsü üçgözlü, sivri uclu tağlı körpüdür və kərpicdən tikilib. Körpünün uzunluğu 42 m, eni 4,5 m və hündürlüyü 7 m-dir. Dayaqlarının isə eni 3,5 m, uzunluğu 7 m-dir. Körpünün ortadakı gözü digərlərindən daha böyükdür. Belə ki, bu gözün hündürlüyü 5 m, digər iki tərəfinin hündürlüyü 4,5 m-dir. Həmçinin ortadakı gözün eni 6,5 m, digər iki gözün eni isə 5 m-dir. Körpünün iki böyük dayağı var, dayaqların yuxarı tərəfində sel yaranlar, aşağı tərəfində isə daban hissələri var. İki dayaq üzərində uclu qövslü boşluqlar var. Onların məqsədi suyun səviyyəsinin həddindən artıq yüksəlməsi halında körpünün divarlarına zərər vermədən suyun boşaldılmasını təmin etməkdir. Onlar körpüyə estetik gözəllik də qatırlar.
Körpü üzərində heç bir ornament yoxdur.
Material və texnika: Körpü daş və qırmızı kərpicdən tikilmişdir. Qalereya
İstinadlar
Mənbə
Həmçinin bax
Acıçay körpüsü Xanəgah körpüsü