Albaniyada korrupsiya aktual problemdir.2012 Corruption Perceptions Index məlumatlarına görə 2013-cü ildə sorğuda iştirak edənlərin 66%-i Albaniyada korrupsiyanın artdığında əmindir. 2017-ci ildə Albaniya 38 bal ilə 180 ölkə arasından 91-ci yeri tutub.(2016:39 bal, 2015:36 bal, 2014: 33 bal, 2013: 31 bal)..
Korrupsiya hələ də Albaniyada biznesə başlamaq üçün ən təsirli amillərdən biri hesab olunur. Albaniyada korrupsiyaya qarşı qanunvericilik bazası mövcud olsa da cəzalandırılanları sayı azdır.
Albaniyada Korrupsiya və İnsan İnkişafı 1990-cı ildən sonra Albaniya mərkəzləşdirilmiş iqtisadiyyatdan liberal iqtisadiyyata keçdi. Liberallaşma siyasət, iqtisadiyyat və digər sosial aspektlər üçün həm müsbət, həm də mənfi nəticələr verdi. Ölkənindüzgün siyasətini göstərən iki əsas komponent var: iqtisadi artım və korrupsiya səviyyəsi. 2011-ci ildə aparılmış araşdırmaya görə korrupsiya indeksi və insan inkişafı arasında əlaqə var. Albaniyanın digər Avropa İttifaqıölkələri ilə müqayisəsi göstərir ki, daha çox korrupsiyalaşmış ölkələrdə insan inkişafı daha aşağı səviyyədədir.Hysa, E. (2011). Corruption and human development: Albania and EU-27. Social Studies Journal, 5(2), 43-52., https://www.researchgate.net/publication/324273986_CORRUPTION_AND_HUMAN_DEVELOPMENT_ALBANIA_AND_EU-27 İstinadlar
Kateqoriya:Ölkələrinə görə korrupsiya Kateqoriya:Albaniyada siyasət Kateqoriya:Albaniya cəmiyyəti Kateqoriya:Albaniya iqtisadiyyatı Kateqoriya:Albaniyanın dövlət quruluşu Kateqoriya:Avropada rüşvət