Azərbaycan təsiri — Azərbaycan linqvistik və mədəni mühitinin təsir dairəsinin inkişaf tarixi, Azərbaycan dili (türkcə), mədəniyyəti, adət-ənənələri, elmi, siyasəti və s. sahələrin müxtəlif bölgələrdə və xalqlarda oynadığı rol, həmçinin Azərbaycan Respublikasının kənardakı Azərbaycan icmalarına təsiri.

Hal-hazırda Azərbaycan dili adlandırılan türk dili tarixən Xorasandan Anadoluya, Qafqazdan Bağdada qədər yayılmışdı. XIV əsrdən etibarən İran Azərbaycanından və İrandan başqa Cənubi Qafqaz, Şərqi Anadolu və İraqın bəzi hissələrində də Azərbaycan türkcəsində ədəbiyyat yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan ədəbiyyatı Osmanlı, Türkmən və Çağatay ədəbiyyatları arasında körpü rolunu oynamışdır. Osmanlı dövlətində paytaxtdan uzaq regionlarda, həcc və ticarət yollarında hərəkət edən karvanlar vasitəsilə Osmanlı şairləri ilə Azərbaycan şairləri arasında qəzəl və digər nəzm növlərinin bir növ "mübadilə"si aparılmışdır. Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları tədricən Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir, hətta Azərbaycan xalqı ilə əlaqələr nəticəsində "Aşıq Qərib" dastanı erməni və gürcülərə keçirdi.

Azərbaycandakı musiqi formaları cənubda Kürdistan, şərqdə Zəncan və Qəzvinə qədər uzanan ərazidə mövcuddur. Mərkəzi musiqisindən sürətli ritmi ilə fərqlənən Azərbaycan şəhər musiqisi Xivəyə (Xarəzm) qədər yayılmış, Buxara və Daşkəndə qədər çatmışdır. Azərbaycanlı-türkmənlər Osmanlı ali saray musiqisinə başlıca olaraq təsir etmişdilər. Azərbaycanlı Əbdülqadir Marağayinin Osmanlı türk musiqinin qurucusu kimi verilməsi mənşəyini dövrün Osmanlı musiqiçilərinin şifahi ənənələrindən götürür.

XIX əsrin sonu — XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir. Bakı mərkəzli Azərbaycan ziyalıları yaratdıqları "mədəniyyət məhsulları"nın Mərkəzi Asiya çöllərindən İstanbula, tatarların vətəni Mərkəzi Volqadan İrana qədər yayılması potensialını görürdülər. Azərbaycanlılar aktiv şəkildə Rusiya İmperiyası, İran və Osmanlıda baş verən inqilabları və daha sonra baş verən islahatları izləyir, şərh edir və bu inqilab və islahatlarda aktiv iştirak edirdilər. Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular.

Arxa plan

Regionda erkən türk-İslam təsiri

Səlcuq sultanı II Qılınc Arslan Taksara (Aksaray) şəhərində yenidənqurma edərkən Azərbaycandan alim, sənətkar və tacirləri çağırmış və onları burada qalmağa məcbur etmişdir.Özcan, K. (2010). The Anatolian Seljuk City An Analysis on Early Turkish Urban Models in Anatolia. Central Asiatic Journal, 54(2), 273–290. http://www.jstor.org/stable/41928561 (page 278) Xüsusilə Səlcuq türkləri Qafqazı ələ keçirdikdən sonra İslam təsiri Gürcüstanda və Ermənistandakı xristianların mədəniyyət və adətlərinə nüfuz etmişdir. Xaçın knyazı Həsən Cəlalın hakimiyyətini göstərmə üsulları İslam adətləri və titulları ilə edilirdi. Bu, xüsusilə, onun tikdirdiyi əsas abidə olan Gəncəsər monastırında ortaya çıxır. Gəncəsərin günbəzindəki Həsən Cəlal təsvirinin ayaqlarının çarpaz şəkildə təsvir edilməsi Səlcuq sarayında gücün təsvir edilməsinin əsas vasitəsi idi.Eastmond, Anthony (2004). Art and Identity in Thirteenth-Century Byzantium: Hagia Sophia and the Empire of Trebizond. Burlington, VT: Ashgate. p. 92, 144.

Yerli ermənilərin əsrlər boyu müsəlman hakimlərinə tabe olması, onların türk tayfa ağsaqqalları ilə əlaqələri və tez-tez türk-erməni-fars evliliklərinin baş verməsi nəticəsində ermənilər fars-türk müsəlman mədəniyyətinin elementlərini, məsələn, dillərini, adlarını, musiqilərini, qadınların cəmiyyətdə itaətkar mövqeyini və bəzi hallarda hətta çoxarvadlılığı qəbul etmişdir.Stepan Lisitsian. Armenians of Nagorno-Karabakh; p. 44 Məsələn, Xaçın knyazı Vəqramın ölkənin idarəçiliyində yer verdiyi qardaşı oğlunun adı Dursun idi, onun da atasının (Vəqramın qardaşı) adı Ağbuğa idi.Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 121

XII əsrin sonu—XIV əsr erməni abidələrində İran və türk memarlığına xas olan müxtəlif üslub və bəzək elementlərini görmək mümkündür. Bunların arasında Gəncənin yaxınlığında tikilmiş üç kilsədən ibarət qeyri-adi bir qrup xüsusilə maraqlıdır.

Türklərin "Danışməndnamə" və "Kitabi-Dədə Qorqud", Bizansın "Digenes Akristes" və ermənilərin "Sasunlu David" kimi bir çox orta əsrlər dastanları mədəni ikiliyi təmsil edən qəhrəmanlarla doludur. Bu da göstərir ki, ermənilər, bizanslılar, gürcülər və türk-fars müsəlmanlar üçün mədəni ikilik öz sosial mühitlərini başa düşməyin bir parçası idi.Evans, Helen C. (ed.). Armenia: Art, Religion, and Trade in the Middle Ages. New York: Metropolitan Museum of Art. ISBN 9781588396600 . page 86.

Elxani dövründə İslamı qəbul etdikdən sonra monqolların əksəriyyəti farslara deyil, mədəni cəhətdən daha yaxın olduqları türklərə assimilyasiya olunublar. Monqollardan sayca çox olan və müsəlman olan türkmənlər ortaq köçəri həyat tərzinə görə monqolları tez bir zamanda öz içlərində itirdilər. Əslində monqolların islamlaşması türkləşmənin cəhətlərindən biri idi. István Vásáry. The role and function of Mongolian and Turkic in Ilkhanid Iran // Turcologia. Hülakü xanın vəziri Nəsirəddin Tusi türk və monqol dili və yazısına, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddinin və oğullarının danışıq dili türk dili idi. O, monqol dilini də mükəmməl bilmişdir. Əsərləri müasir dövrə ərəb və fars dilində çatsa da, türk və monqol dillərində yazmağı da bilmiş, türk adət və ənənələrini mənimsəmişdir. Rəşidəddin və oğlu Qiyasəddinin qızları türk dilində "xatun" ləqəbi daşımış, Rəşidəddinin nəvələrindən biri Artuq adlandırılmışdır.

Tarixi

Orta əsrlər və erkən müasir dövr

304x304px|thumb|Şair Həbibinin təsviri. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının pəncərəsində Təqribən 1000-ci ildən başlayan Azərbaycan təsiri nəticəsində, bir çox alban udiləri oğuz türkləri tərəfindən gətirilən "yeni həyat tərzi"ni qəbul etmişdir, bu, alban qarqar əhalisi üçün də belə idi.Bläsing, Uwe. Cultural, Linguistic and Ethnological Interrelations In and Around Armenia : [англ.] / Uwe Bläsing, Jasmine Dum-Tragut. — Cambridge Scholars Publishing, 2020-05-15. — P. 178. — ISBN 978-1-5275-5136-7

XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış, türkdilli monqol sülaləsi idi. Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии. [Советская историческая энциклопедия, статья: Под ред. Е. М. Жукова. Шеки // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982 Петрушевский И. П. Государства Азербайджана в XV веке. Шеки в XV веке // Сборник статей по истории Азербайджана. — Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 184. 1562–1844-cü illərdə mövcud olmuş İlisu sultanlığının əhalisi isə ağır bir şəkildə Azərbaycan mədəniyyətinin təsirinə məruz qalmışdı.Агеева Р. А. Какого мы роду-племени? Народы России: имена и судьбы. Словарь-справочник. — Academia, 2000. — С. 365. — ISBN 5-87444-033-X. İlisu sultan və bəylərinin bir hissəsi saxur, bir hissəsi türk-azərbaycanlı mənşəli idi.И. П. Перушевский. Джаро-белоканские вольные общества в первой половине XIX века. — Махачкала, 1993. — С. 73–74.

XV əsrin axırlarında artıq Dağıstanın Dərbənd şəhərində Azərbaycan əhalisi formalaşmışdır.Криштопа А. Е. Сведения западноевропейских путешественников XV века о Дагестане // Вопросы истории и этнографии Дагестана. Вып. 1. — 1970. — С. 119. Əsrlər boyunca azərbaycanlılardan ayrı yaşayan Dağıstan azərbaycanlıları nəinki öz etnolinqvistik kimliklərini saxlayıblar, həmçinin öz qeyri-türk qonşularını (ərəblər, müsəlman-tatlar, tabasaranlılar) assimilyasiya ediblər.Magomedkhan Magomedkhanov. Building of the Tower of Babel: Ethnolinguistic Processes in Dagestan. Russian Academy of Sciences, Dagestan Science Centre. page 290–291, 293. Həmçinin Dərbənddə və Dağıstanın digər şəhərlərində yaşayan farsların Azərbaycan dilini mənimsəməsi və sonradan onların kimlik şüurunun dəyişməsi nəticəsində azərbaycanlıların sayı artmışdır.Ибрагимов М.-Р. А. Азербайджанцы // Народы Дагестана / Отв. ред. С. А. Арутюнов, А. И. Османов, Г. А. Сергеева. — М.: "Наука", 2002. — ISBN 5-02-008808-0. səh 510. Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranışla bağlı normalarına istiqamətlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib.Magomedkhan Magomedkhanov. Building of the Tower of Babel: Ethnolinguistic Processes in Dagestan. Russian Academy of Sciences, Dagestan Science Centre. Dağıstan antropoloqu Maqomedxan Maqomedxanovun fikrincə Azərbaycan dili bölgənin insanlarına maddi qazanc, mədəni ehtiyacların ödənilməsi, həmçinin kreativ və mənəvi ilham verib.Magomedkhan Magomedkhanov. The Dagestanis:: Ethnolingustic Diversity and Cultural Identity (dissertation).

Azəri-türkmən şair, nəqqaş, münşi (bürokrat), sufi şeyx və qələndərlər Osmanlıda, uclardaki (kənar vilayətlər) Osmanlı türk mədəniyyətinin formalaşmasında başlıca rol oynamışdır. Bunlar arasında Xoylu Abdal Musa, Şair Nəsimi, Həbibi, Füzuli, Ruhi, İdris Bitlisi, Nəqqaş Osman və Loğman kimi ustadlar vardır.

Azərbaycan türklərinin Türk dünyası ilə əlaqələrini zəiflədən amillərdən biri də Səfəvilər dövründə onların şiəliyə bağlılığıdır. XV əsrin ortalarından sonra şərqdən Osmanlı imperiyasına savadlı şəxslərin köçü baş vermişdir. Bu şəxslər arasında çoxluğu farslar və fars dilində danışan azərbaycanlılar təşkil edirdi. Şah İsmayılın dövründə yaranan sarsıntı Osmanlıya çox sayda savadlı miqrantların getməsinə səbəb olmuşdur.

XVI–XVII əsrlərdə ərəb dili və yazısı ilə birlikdə Azərbaycan dili və mədəniyyəti də Tabasaran elinə getdikcə sürətlənən tempdə daxil olmuşdur. Bunun sübutu ərəb ədibi Hacı Məhəmmədin azərbaycan dilində yazdığı şeirlərdir. XVIII əsrin sonlarında tat mədəniyyəti qonşu Azərbaycan xalqının mədəniyyətinə çox bənzəyirdi, tatlar üçün dilləri yeganə fərqləndirici tat mədəniyyət elementi idi. Tatların mədəniyyəti əsrlər boyunca Azərbaycan və digər mədəniyyətlərin qarışması nəticəsində İran və türk elementləri və adət-ənənələrinə malik qarışıq mədəniyyət olmuşdur. Tatlarda xalçaçılıq, qabartma, xatəmkarlıq kimi ənənəvi türk sənətləri yüksək səviyyədə inkişaf edib və mühüm tat sənətləri hesab olunur. Azərbaycanlılarla uzun müddət əlaqə saxlamaları nəticəsində əkinçilik metodları, mətbəx və musiqi kimi, hər iki mədəniyyətin paylaşdığı bir çox mədəni xüsusiyyətlər mövcuddur.Minahan, James B. Tat // Ethnic Groups of North, East, and Central Asia: An Encyclopedia. — ABC-CLIO, 2014. — P. 261. — ISBN 9781610690188. Tatların, bir neçə istisnadan başqa, Azərbaycan folklorundan fərqli olan folkloru yoxdur. Müasir Azərbaycan folkloru onlarda müəyyən dərəcədə inkişaf edib.Грюнберг А. Л. Язык североазербайджанских татов. — Л.: Изд-во АН СССР, 1963. с. 7.

XVIII əsr aşığı Sayat Nova Qafqaz birliyi ideyası haqqında fikirləşir, azərbaycanlılar, gürcülər və ermənilərin bir yerdə harmoniya ilə yaşayacağı, II İrakli kimi müdrik hökmdarın idarə etdiyi bir dövlət xəyal edirdi. O, əsərlərinin çoxunu Azərbaycan dilində yazmışdır, çünki Qafqaz birliyi mesajı üçün bu dil ən yaxşı vasitə idi.Dowsett, 1997, с. 434. Sayat Nova yazdığı bir şeirdə Araz çayı üzərində körpü tikdiyini qeyd edirdi. Burada nəzərdə tutulan azərbaycanlılar, gürcülər və ermənilər arasında Sayat Novanın inşa etdiyi mədəni əlaqə ola bilər.Dowsett, 1997, с. 75. Sayat Nova İslam və xristianlıq arasında da "körpü" tikmişdir. O, uşaqlığını müsəlmanlığa keçmiş, gürcü Baqratilərin idarə etdiyi Tiflisdə keçirmişdir.Dowsett, 1997, с. 430–431.

XIX əsr