Pianoboy () — Ukrayna musiqiçisi, "Okean Elzı", "Esthetic Education" və Zemfiranın keçmiş klaviaturaçısı Dmitri Şurovun solo layihəsi. 2009-cu ildə yaradılmışdır. Ukrayn, rus və ingilis dillərində mahnılar ifa edir. Layihədə Dmitrinin bacısı, Kiyev Milli Linqvistik Universitetinin məzunu Olqa Şurova da iştirak edir.

Tarixi right|thumb|300x300px|"Pianoboy" Yaşıl Teatrda. 2014-cü il.

2009-cu ilin əvvəlində Dmitri Şurov "Lev və Leya" operası üzərində işləməyə başlamışdır. Onun bir hissəsi Parisdə modelyer Alyona Axmadullinanın moda nümayişində səsləndirilmişdir. İş prosesində Şurov öz qrupunu yaratmaq ideyasına sahib idi. "Pianoboy" adlanan layihədə ona bacısı, Kiyev Linqvistik Universitetinin məzunu Olqa Şurova kömək etmişdir.Дмитрий Шуров: "Мы настоящая банда и нас объединяет горячее желание играть" , gorod.dp.ua (22 февраля 2010)

Dmitri Şurovun "Pianoboy" kimi ilk çıxışı 2009-cu ilin sentyabrında ikinci Moloko Musiqi Festivalı çərçivəsində baş tutmuşdur. Bek-vokalçı kimi Dmitri və Olqadan başqa, digər bek-vokalçı Lida Tutuola, gitaraçı İlya Qaluşko və nağara ifaçısı Andrey Nadolski də iştirak etmişdilər.Отчет на "Moloko Music Festival #2" от редакции music.open.ua , Open. Music (25 сентября 2009) Bundan sonra "Pianoboy" Liliya Litkovskayanın kolleksiyasının şousunda çıxış etmiş, öz dəsti ilə Britaniya kinosu həftəsini açmış və Kiyevdə "Harper's Bazaar" jurnalının ildönümü şənliyində konsert vermişdir.Дмитрий Шуров будет выступать сольно , DELFI (22 декабря 2009)

2009-cu ilin noyabrında "Pianoboy"un radio və televiziyada ilk mahnısı "Məna. Yox"un premyerası keçiriilmiş və 29 dekabr 2009-cu ildə "Pianoboy" Kiyevdə ilk tamhüquqlu solo konsertini vermiş, burada həmin mahnıya klip çəkilmişdir. Klip qrupun gitara ifaçısı, teatr rəssamı Aleksandr Druqanovun atası kiyevli animator Dmitri Lisenbartla birlikdə Aleksandrın qızı rəssam Mariya Druqanovanın rəsmləri əsasında hazırlanmışdır.Пой, Pianoбой! Интервью с Дмитрием Шуровым , The Spot (4 марта 2010)

2010-cu ilin yanvarında "Pianoboy" debüt albomunu yazmağa başlamış və fevralın sonunda Ukraynada klub turuna başlamışdır. Qrupun ilk heyətinə Şurovlar, Tutuola, Nadolski və gitaraçı Aleksandr Druqanov daxil idi. "Pianoboy" 2011-ci ilin fevral ayında "Bumboks" qrupu ilə birlikdə "Etajı" mahnısını yazmışdır. Bundan sonra qrup "Muzıka dlya Mass" şirkəti və eyni zamanda "Bumboks"un prodüseri Aleksey Soqomonovla əməkdaşlığa başlamışdır. 2011-ci ildə "Vedma", "Uikend", "Utekay" və "Etajı" mahnılarına kliplər çəkilmişdir (sonuncu "Bumboks" ilə birlikdə).

"Pianoboy" 2012-ci ilin mart ayında "Vedma" mahnısı sayəsində Rusiyanın "Naşe radio" radiostansiyasının "Çartova dyujina" mükafatının "İlin kəşfi" nominasiyasını qazanmışdır.Дмитрий Шуров: "Песни для группы pianoбой я начал писать еще в детстве" , ФАКТЫ и комментарии (21 мая 2012) 2012-ci ilin may ayında qrupun debüt albomu olan "Prostıye veşçi" çıxmışdır. Albom "Lavina Music" tərəfindən buraxılmışdır..Pianoбой выпускает дебютный альбом , Корреспондент.net (15 мая 2012) "Pianoboy"2012-ci ilin avqustunda "Bumboks" və "TNMK" ilə birlikdə Mixey və Cumancinin "Dlya tebya" mahnısına xatirə konserti üçün kaver yazmışdır və 2013-cü ilin yanvarında bu kaver üçün video yayımlamışdılar.Новый клип "Бумбокс, Pianoбой, ТНМ Конго" на песню Михея и Джуманджи — "Для тебя" , be in trend (16 января 2013)

2013-cü ilin sentyabrında "Ne prekraşçay meçtat'''" albomu işıq üzü görmüşdür. "Pianoboy" 2014-cü ilin aprel ayında "Rodina''" mahnısına klip çəkdirmişdir.Дмитрий Шуров и группа Pianoбой сняли клип "Родина" , INSIDER (24 апреля 2014)Pianoбой выпустил клип на песню Родина , Корреспондент.net, (24 апреля 2014) 2014-cü ilin iyulunda qrupun Moskvada planlaşdırılan konserti Rusiya paytaxtı hökuməti tərəfindən qadağan edilmişdir.У Росії скасували виступ українського гурту "Pianoboy" , Еспресо TV (2 июля 2014)Власти Москвы отменили выступление известного украинского артиста в столице РФ , Новое Время (2 июля 2014)

Heyəti thumb|300x300px|Nikolay Kistenev və Dmitri Şurov.

Hal-hazırda Dmitri Şurov – vokal, fortepiano Olqa Şurova – bek-vokal, klaviatura, gitara, zərb alətləri Mykola Kistenev – bas gitara Qriqori Oleynik – nağara Sergey Qrızlov – gitara Matvey Mironov – skripka Denis Karaçevtsev – violonçel Sergey Vilka – fleyta

Keçmiş Lida Tutuola – bek-vokal Aleksandr Druqanov – gitara Nikolay Xomutov – nağara Maksim Malışev – nağara Alexander Polyakov – nağara Andrey Nadolski – nağara Vladimir Pavlovski – gitara Maksim Tsivina – rejissor

Diskoqrafiya "Простые вещи" (2012) "Не прекращай мечтать" (2013) "Take Off " (2015)

Kliplər Смысла.нет (2009) Ведьма (2011) Этажи (2011) Отличный уикенд (2011) Утекай (2011) Простые вещи (2012) Света (2012) Для тебя (2013) Бандерлоги (2013) Поезд (2013) Родина (2014) Горя Чуть Слышно (2015) Кохання (2015) Родимки (2016) Шампанські очі (2017) На Вершині (2017) Полуничне небо (2017) Все що тебе не вбиває (2018) Підручник (2018) Айсберги (2019) Цілуй feat. Shy (2019) Ніхто не сам feat. Open Kids (2019) Перша леді feat. Alina Pash (2019) Я можу все (2019) Сліди (2019) ДОЩ (2019) Пустеля (2019) Павутиння (2019) Кришталь (2019) Сьогодні це ми (2019) Якщо хочеш новий рік (2019)

İstinadlar

Xarici keçidlər Сайт Дмитрия Шурова Pianoбой во ВКонтакте Pianoбой в Фейсбуке Pianoбой на YouTube Pianoбой на Last.fm

Kateqoriya:Ukrayna musiqi qrupları