Birləşmiş Krallıqda islam — İslam Böyük Britaniyada ikinci ən böyük dindir. 2011-ci il siyahıyaalınmasına əsasən, Birləşmiş Krallıqda yaşayan müsəlmanların sayı 2,7 milyon nəfərə və ya ümumi əhalinin 4,8%-nə çatmışdır.CT0341_2011 Census — Religion by ethnic group by main language — England and Wales ONS.

Tarixi 2001–2009-cu illər arasında İslam Böyük Britaniyada ən sürətlə böyüyən ikinci din oldu. Uokinqdəki Şah Cahan məscidi 1889-cu ildə tikilmiş ilk məscid idi. Elə həmin il Abdullah Quilliam Liverpulda bir məscid tikdirdi. Londonda ilk məscid 1924-cü ildə yaranıb. Müsəlmanların sayının artması 2007-ci ilə qədər 1500-dən çox məscidin yaradılmasına səbəb oldu. Əksər məscidlər Pakistan, Banqladeş, Türkiyə və Somalidən olan insanların hesabına tikilirdi. Eyni zamanda, Böyük Britaniya şirkətlərinin direktorlarının sayının təxminən üçdə biri müsəlmanlardır.

Ayrı-seçkilik 2014-cü ildə dərc edilmiş sosioloji araşdırmaya görə, ölkənin əmək bazarında müsəlmanlar artan ayrı-seçkiliklə üzləşirlər və rəhbər vəzifələr əldə etmək şansları minimaldır. Bu vəziyyət ona görədir ki, artan islamafobiya və düşmənçilik səbəbindən müsəlmanlar birlikdə ölkənin irqi və etnik-mədəni sisteminin ən aşağı təbəqəsi adlandırılır. Müsəlman qadınların iş tapmaq şansı xristian qadınlara nisbətən 65% aşağıdır..

Xeyriyyə 2010-cu illərin ortalarına qədər Böyük Britaniyada 2500-dən çox müsəlman xeyriyyə təşkilatı var idi. Britaniya Xeyriyyə üzrə Dövlət Komissiyasının məlumatına görə, müsəlmanlar ölkədə sədəqə üçün ən səxavətli məzhəbdir. Ramazan ayının fərz orucunun cəmi bir ayında ehtiyacı olanlara təxminən 100 milyon funt sterlinq ianə verirlər. 2013-cü il hesabatına görə, Britaniya müsəlmanları adi britaniyalıdan iki dəfə çox xeyriyyəçilik edib. Xeyriyyəçilik üzrə Milli Şuranın hesabatına görə, müsəlman xeyriyyə təşkilatları hər il təxminən 542 milyon funt-sterlinq toplayır..

Təşkilatlar 1889-cu ildən Böyük Britaniyada ən qədim müsəlman təşkilatı olan Britaniya Müsəlmanları Assosiasiyası fəaliyyət göstərir. 1996-cı ildə ölkə müsəlmanlarının vahid nümayəndəli orqanı — hökumət tərəfindən tanınan Böyük Britaniya Müsəlmanları Şurası yaradıldı. 1990-cı illərin ortalarına qədər Böyük Britaniyada 839 məscid və 950 müxtəlif müsəlman təşkilatı fəaliyyət göstərirdi..

İstinadlar

Kateqoriya:Birləşmiş Krallıqda islam