thumb|Kapşuçenko tərəfindən hazırlanmış Vasil Lipkivski heykəli. Petro Kapşuçenko (; ), digər adları ilə Peter Kapşuçenko və ya Pedro Enko – Ukrayna–ABŞ avanqard rəssamı və heykəltaraşı. Əsas əsərləri Müqəddəs Endryu Memorial Kilsəsinin (Nyu-Cersi) ərazisində yerləşən Vasil Lipkivskinin (1983) və Müqəddəs Kiyevli Olqanın (1987) tunc abidələridir.

Bioqrafiyası Kapşuçenko Ukraynanın Dnepropetrovsk İncəsənət İnstitutunda heykəltaraşlıq təhsili almışdır. 1941-ci ildə Ukrayna Reyxkomissarlığı dövründə Almaniyada yerləşən məcburi əmək düşərgəsinə aparılmışdır. Müharibədən sonra 1949-cu ilə qədər Almaniyanın Regensburq şəhərindəki köçürülmüş əsirlər düşərgəsində yaşamışdır, daha sonra Argentinada məskunlaşmışdır. Argentinada Pedro Enko kimi tanınan Kapşuçenko heykəltaraşlıq fəaliyyətinə davam etmiş və Argentina mədəniyyətinə verdiyi töhfələrə görə Buenos-Ayres Humanitar Elmlər Universitetinin fəxri üzvü seçilmişdir.

1963-cü ildə həyat yoldaşı Zoya və qızı Lyudmila ilə birlikdə Filadelfiyaya köçmüşdür. Filadelfiyadakı Ukrayna İncəsənət Studiyasında dərs deməyə başlamışdır. 1990-cı illərdə bir çox heykəli Şimali Amerikada baş tutmuş sərgilərdə nümayiş etdirildikdən sonra məşhurluğu artmışdır. Ukraynanın müstəqilliyindən sonra Ukraynanın muzeylərində, o cümlədən, Ostro Akademiyasında və Taras Şevçenko Milli Muzeyində bir sıra fərdi sərgilər keçirmişdir. 2005-ci ildə prezident Viktor Yuşşenko tərəfindən Prezidentin "Xidmətlərinə görə" ordeni ilə təltif edilmişdir.

Bədii mövzuları Kapşuçenko terrakotta, bürünc və farfordan təxminən 7000 əsər yaratmışdır. O, öz əsərlərində Ukrayna motivlərinə diqqət yetirmiş, tez-tez kazak həyatını təsvir etmişdir. Bundan əlavə, Kapşuçenki İvan Mazepa və Taras Şevçenko da daxil olmaqla, bir sıra əhəmiyyətli Ukrayna şəxsinin heykəltaraşlıq portretlərini yaratmışdır.

İctimai kolleksiyalar Petro Kapşuçenkonun əsərləri bir sıra yerlərdə saxlanılır: Ukrayna Muzeyi (Nyu-York) Ukrayna Eksposentri (Kiyev) Ostro Akademiyası (Ostro) Ukrayna Tarixi və Təhsil Mərkəzi (Somerset)

İstinadlar

Xarici keçidlər Petro Kapşuçenko şəkil arxivi

Kateqoriya:Ukrayna heykəltaraşları