İqtisadi səmərəlilik — insan fəaliyyətinin nəticələrinin, məhsulların və ya xidmətlərin istehsalı ilə əmək və istehsal üçün vəsaitlərin nisbəti ilə müəyyən edilən dəyər.
Pol Samuelson və Vilyam Nordhausun tərifinə görə, iqtisadi səmərəlilik faydaları (əmtəə) və xərcləri daim əlaqələndirərək, eyni zamanda rasional davranaraq mövcud resurslardan maksimum dərəcədə potensial fayda əldə etməkdir. Məhsulların istehsalçısı və istehlakçısı öz faydalarını maksimuma çatdırmaqla və xərcləri minimuma endirməklə ən yüksək səmərəliliyə can atırlar.
Etikası Şirkətlərin səmərəliliyinin etikası aşağıdakıların kombinasiyasını əhatə edir:
müştəriləri üçün ən yüksək dəyəri yaratmaq; sahibləri üçün gəlirlilik; işçilər üçün cəlbedici əmək haqqı ilə birlikdə özünüreallaşdırma və böyümə imkanları.
İstinadlar
Kateqoriya:İqtisadi nəzəriyyələr Kateqoriya:İqtisadi islahatlar