Zəhhak və ya Zəhhaq (, ; Avestada Azi Dəhakə () — İran mifologiyasında üçbaşlı ilan, ilanların şahı. O, Babildə yaşamışПехлевийская литература // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1908–1913. və Əhrimənin tayfasından olan dəhşətli əjdaha idi. Son ənənədə əslən Ərəbistandan olan padşah Cəmşidin düşmənidir. O, Cəmşidi devirərək İran taxtını ələ keçirmiş, lakin Cəmşidin oğlu Firidun Dəmirçi Kavenin köməyi ilə Zəhhakın min illik zalım hökmranlığına son qoymuş, onu Dəməvənd dağının mağarasına həbs etdirmişdir.
Özbəkistanda, müasir Qarşi ərazisində, Qalayi-Zəhhaki-Moron adlı böyük qədim şəhərin xarabalıqları var və bu adın mənası "ilanların padşahı Zəhhak qalası"dır. Bamyandan 15 km qərbdə yerləşən Kabilistanda bişmiş kərpicdən tikilmiş, 25 m hündürlüyündə qala ilə əhatə olunmuş və mühüm dağ keçidini müşahidə etmək üçün ucaldılmış "Zəhhak qalası" adlanan xarabalıqlar mövcuddur .
İstinadlar
Əlavə ədəbiyyat
Ingersoll, Ernest, et al., (2013). The Illustrated Book of Dragons and Dragon Lore. Chiang Mai: Cognoscenti Books. ASIN B00D959PJ0
Schwartz, Martin. "Transformations of the Indo-Iranian Snake-man: Myth, Language, Ethnoarcheology, and Iranian Identity." Iranian Studies 45, no. 2 (2012): 275–79. www.jstor.org/stable/44860985.
Kateqoriya:Əjdahalar Kateqoriya:İran mifologiyası