Seyid Saleh Mehdi Bədri () — İraq şairi və tərcüməçisi.

Həyatı Saleh Mehdi Bədri həmin dövrdə Osmanlı imperiyasının bir hissəsi olan Samərra şəhərində anadan olmuşdur. O, burada təhsil almış, sonra Bağdadda yerləşən Əl-Rəşdiyə məktəbində təhsilini davam etdirmişdir. İraqın bir sıra şəhərlərində daşınmaz əmlak departamentlərində işçi kimi çalışmışdır. Türk dilini mükəmməl bilirdi deyə ərəb dilinə tərcümələr etmişdir. O, bununla yanaşı fransız və fars dillərini də bilirdi. İraqda ölkə miqyasında şeir müsabiqələrində mükafatlar qazanmışdır. Onun tam şeirlər toplusu oğlu tərəfindən toplanmışdır və "Arzular" adı ilə çap edilmişdir. Bədri Bağdadda vəfat etmişdir.

İstinadlar

Kateqoriya:İraq şairləri Kateqoriya:İraq tərcüməçiləri