Barenpatak cəmiyyəti — Rusiya imperiyasında qurulmuş erməni milliyətçi qruplaşması. 1869-cu ilin aprelində Aleksandropolda Arsen Krityanın rəhbərliyi ilə yaradılmışdır. Qruplaşmanın məqsədi erməni gəncləri arasında milliyətçi ideyaları yaymaq, təhsil-maarifçilik məsələləri ilə məşğul olmaq və s. idi. Barenpatak cəmiyyəti 1875-ci ilə qədər fəaliyyət göstərmişdir. İrəvan quberniyasının jandarm idarəsi onu aşkar edərək ləğv etmişdir.Erməni Sovet Ensiklopediyası, II cild, səh. 316.

İstinadlar

Kateqoriya:Erməni milliyətçiliyi Kateqoriya:1869-cu ildə yarananlar