Əbdülhəmid Momənd () və ya Əbdülhəmid Baba () — Əfqanıstan puştun şairi. Pişəvərdə təhsil almış, ruhani olmuşdur. Puştu dilində yazmışdır. "Dürr və mərcan" adlı divanı var. Şeirləri incəliyi, mürəkkəb formaları və yüksək poetik texnikası ilə seçilir. Yaradıcılığı sufizmə əsaslanır, əsasən, dünyaya qarşı etinasızlıq və onun dəyərsizliyi motivlərini əks etdirir. İctimai məzmunlu, həmçinin nəsihətamiz şeirlər də yazmışdır. Əbdülhəmid Momənd həssaslıq və "tükü tükdən seçmə" mənasını verən "muşekaf" (hərfən "saç ayıran", yaxud "tük ayıran") təxəllüsü ilə məşhur olmuşdur.
İstinadlar
Xarici keçidlər Биография (на английском) Литература на пушту в «Истории всемирной литературы»
Kateqoriya:Əfqanıstan şairləri Kateqoriya:Əfqanıstan yazıçıları