Pol Avenel (; ) — Fransa yazıçısı, şairi, qoqetyesi və mahnı müəllifi, dramaturqu və jurnalisti. Tarixçi Jorj Avenelin böyük qardaşıdır.
Gəncliyində kommersiya fəaliyyətinə hazırlaşsa da, sonra özünü tamamilə ədəbiyyata həsr etmişdir. Avenelin ədəbi fəaliyyəti çox müxtəlifdir. Qəzet yazışmaları və qəzetlərdə dramaturgiya sənətinə dair felyetonlarla başlayan Avenel tezliklə çoxsaylı teatr tamaşalarının, romanların və şeirlərin müəllifi kimi ad çıxarmışdır. Onun "Alcôve et boudoir" (1855) adlı şeir və şeirlər toplusu əxlaqsızlığa görə məhkəmə qərarı ilə müsadirə olunmuş, lakin 1885-ci ildə yenidən nəşr edilmişdir. Ən böyük uğuru onun "Chanson politiques" adı ilə çıxan siyasi mövzularda mahnıları, İkinci imperiya hadisələri haqqında satira əsəri idi. Bu toplu üzə çıxanda Viktor Hüqo müəllifə yazırdı: "Nəğmə kitabındakı şairi təbrik edirəm, şairdəki vətəndaşı salamlayıram".Авенель, Поль // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1908—1913.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransa dramaturqları Kateqoriya:Fransa jurnalistləri