Meteorid () — kosmik fəzada kiçik qayalıq və ya metal cisim.
Meteoroidlər asteroidlərdən əhəmiyyətli dərəcədə kiçik olan cisimlər kimi qəbul edilir və ölçüləri dənəvərdən bir metrə qədər dəyişir. Bundan daha kiçik olan obyektlər mikrometeoroidlər və ya kosmik toz kimi təsnif edilir. Əksəriyyəti kometaların və ya asteroidlərin parçalarıdır, digərləri isə Ay və ya Mars kimi cisimlərlə toqquşmadan geri qalan kosmik tullantılardır. Bir meteoroid, kometa və ya asteroid Yer atmosferinə adətən sürətlə daxil olduqda, onun aerodinamik istiləşməsi həm parlayan cisimdən, həm də geridə qoyduğu parlayan hissəciklərdən işıq zolağı yaradır.
İstinadlar
Kateqoriya:Günəş sistemi Kateqoriya:Meteoroidlər Kateqoriya:Meteoritlər