2022-ci ilin Sincar döyüşləri — 1 maydan etibarən İraq ordusunun Türkiyə və Kürdüstan Demokrat Partiyasının dəstəyi ilə Sincar Müqavimət Birlikləri yaraqlılarını Sincar dağlarından çıxarmaq üçün başlatdığı hərbi əməliyyat.
Sincar Müqavimət Birlikləri İraq ordusunun regiondakı nəzarət-buraxılış məntəqəsinin boşaldılması tələbini rədd etdikdən sonra toqquşmalar başlamışdır. Döyüşlərin əsas hissəsi bir saat davam etmiş, iki mülki şəxs yaralanmış və 3,000-dən çox insan məcburi köçkün olmuşdur.
İstinadlar
Kateqoriya:2022-ci ildəki münaqişələr Kateqoriya:Kürdüstan Fəhlə Partiyası