və ya digər adı ilə Kenzo – Yaponiya təbliğatçısı və Edo dövründə yaranmış Şinqaku etika məktəbinin alimi.
Həyatı Kyuo Şibata 1783-cü ildə Kiotoda doğulmuşdur. Buddist keşişi olduqdan sonra Kyuo adını götürmüşdür. O, 20 yaşlarında olanda qəhrəmanlıq nağıllarının – kodanın peşəkar nəqlçisi olmuş, bu sənətdəki bacarıqlarına görə məşhurlaşmışdır. 30 yaşlarının sonunda Satta Tokukenin şagirdi olmuş və ondan Şinqaku dərsləri almağa başlamışdır. Həyatının qalan hissəsini sənətlə, səyahət etməklə və mühazirələr verməklə keçirmişdir. 44 yaşında görmə qabiliyyətini itirmişdir.
Sadə və inandırıcı üslubu fermerlər, samuraylar və zadəganlar tərəfindən bəyənilməsinə səbəb olmuşdur. 1835-ci ildə nəşr olunmuş və Bayqan İşida tərəfindən tərtib olunmuş "Kyuo dova" adlı əsəri Şinqaku alimlərinin əsərləri arasında ən əhəmiyyətli işlərdən biri hesab olunur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyanın kor şəxsləri Kateqoriya:Yaponiya filosofları Kateqoriya:Edo dövrü şəxsləri