Səmənd Əliyeviç Siyabəndov (; ) — kürd əsilli SSRİ hərbçisi. O, 1-ci Belarus Cəbhəsinin 48-ci Ordusunun 217-ci Uneç atıcı diviziyasının 755-ci atıcı alayının komandirinin siyasi məsələlər üzrə müavini, polkovnik-leytenant kimi xidmət etmişdir. Siyabəndov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Həyatı Səmənd Əliyeviç Siyabəndov 20 noyabr 1909-cu ildə Rusiya imperiyasında, Qars vilayətinin Asancan kəndində (indiki Türkiyə) kəndli ailəsində anadan olmuşdur. Milliyyətcə yezidi kürdlərindən idi. Leninqrad Sovet Şərqşünaslıq İnstitutunu bitirmişdir. 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. Ermənistan Kommunist Partiyası Alagöz rayon komitəsinin 1-ci katibi kimi xidmət etmişdir. Böyük Vətən müharibəsinin əvvəlində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Lenin kurslarının tələbəsi olmuşdur.Чатоев Х. М. Курды — участники Великой Отечественной войны, Ереван, 1979.

28 iyun 1941-ci ildən Qırmızı Orduda xidmət etmişdir. Döyüş əməliyyatlarında iştirak etdiyi müddətdə atıcı diviziyanın siyasi şöbəsinin təlimatçısı, atıcı alayının hərbi komissarı, atıcı alayının komandirinin siyasi işlər üzrə müavini, diviziyanın siyasi şöbəsinin rəisi olmuşdur. Qərb, Bryansk, Belorusiya, 1 -ci, 2 -ci və 3- cü Belarus cəbhələrində döyüşmüşdür. Döyüşdə iki dəfə yaralanmışdır.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 mart 1945-ci il tarixli Fərmanı ilə faşist işğalçılarına qarşı mübarizə cəbhəsində komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və eyni zamanda göstərdiyi şücaət və qəhrəmanlığa görə, polkovnik-leytenant Siyabəndov Səmənd Əliyeviç "Lenin" ordeni və "Qızıl ulduz" medalına, həmçinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2.

Əsərləri Армяно-курдский словарь. Ереван, 1959. Сиабанд и Хадже. Ереван, 1959. Счастливая жизнь. Ереван, 1966.

İstinadlar

Kateqoriya:Kürd şairlər Kateqoriya:Ermənistan Kommunist Partiyası rayon komitələrinin birinci katibləri Kateqoriya:Ermənistan SSR Ali Sovetinin deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Ermənistan kürdləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Kürd dilində yazan yazıçılar