Əsədulla Dibirov — Qafqaz müsəlmanlarının VII Müftisi.

Bioqrafiyası Hacı İbrahim Əfəndi vəfat etdikdən sonra 1956-cı ildə Zaqafqaziya müsəlmanlarının IV Qurultayında Göyçay məscidinin imamı Əsədulla Dibirov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə müfti seçildi. O, 1959-cu ilə qədər bu vəzifəni icra edib. Müfti Əsədulla Dibirov çalışdığı müddətdə sünni və şiə dindarları arasında ayrı-seçkiliyi pisləyib, müsəlmanları birliyə və sülhə çağırıb.

Ondan sonrakı müfti Şərif Vəlizadə seçildi.

İstinadlar

Mənbə

Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh.116. ISBN 978-9952-490-50-3

Kateqoriya:Müsəlman din adamları Kateqoriya:Qafqaz Müsəlmanları İdarəsinin müftiləri