"Sesiyev qardaşları və K°" — Azərbaycanda fəaliyyət göstərmiş ticarət evi. 1896-cı ildə 250 min manat ilkin kapitalla yaradılmışdı. Cəmiyyətin Şamaxı qəzasında şərab-spirt müəssisələri, Ucarda və Mollaşıxalı kəndinndə şərab-spirt zavodları var idi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra "Sesiyev qardaşları və K°" müəssisələri milliləşdirilmişdir.

İstinadlar

Kateqoriya:1896-cı ildə yarananlar Kateqoriya:1920-ci ildə ləğv olunanlar Kateqoriya:Azərbaycan alkoqollu içkiləri