Felipe Santos () — Benin futbolçusu, Tailand 1-ci Liqa klubu "Banqkok Yunayted"in cinah hücumçusu. Braziliyada anadan olan o, 2025-ci ilin dekabr ayında Benin milli komandasında böyüklər üçün beynəlxalq futbol oynamaq niyyətini açıqlayıb.
Klub karyerası Karyerasına vətənində başlayan futbolçu "Palmeyras"ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə "Ankaran", sonra isə "Maribor"un heyətində yer alıb. O, "Maribor"dan sonra Azərbaycana gəlib. 1 iyul 2021-ci ildə "Keşlə" Santosla müqavilə imzaladığını elan etdi. Sonra "Qəbələ"nin qələbələri üçün çalışıb.
2023-cü ildə İsrail "Hapoel Hayfa" klubunda çıxış edib.
10 iyul 2024-cü ildə "Araz-Naxçıvan"a transfer olub. 2024/25 mövsümündə klubu üçüncü yerdə qərarlaşıb. O, həmin mövsüm 32 oyunda 10 qol vurub. 8 aprel 2026-cı ildə Misli Premyer Liqasının XXVI turunun "Sabah"la ev oyununda (2:4) Premyer Liqada 25-ci qolunu vurub. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçu olub. 3 iyunda klubdan ayrılıb. 5 iyulda Tailandın "Banqkok Yunayted" klubuna keçib.
Beynəlxalq karyerası 2025-ci ilin noyabr ayında Santos Benini beynəlxalq səviyyədə təmsil etmək məqsədilə əcdadı vasitəsilə Benin vətəndaşlığını aldı. 3 dekabr 2025-ci ildə Santos Beninin 2025-ci il Afrika Millətlər Kuboku üçün 30 oyunçudan ibarət müvəqqəti heyətinə daxil edildi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Maribor FK futbolçuları Kateqoriya:Palmeyras FK futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular