thumb|Albert Qrünvedel Turfan ekspedisiyaları- 1902-1914-cü illərdə Çinin Sincan bölgəsinə, əsasən Turfan şəhərinə təşkil edilmiş ekspedisiyalar. Bu səfərlər Berlin Etnoqrafiya Muzeyinin keçmiş rəhbəri Albert Qrünvedelin təşəbbüsü ilə Albert von Le Coq tərəfindən təşkil edilmişdi. Muzey kollektivindən olan və səfərlər zamanı mağaralardakı rəsmlərin fotoşəkilini çıxarmaqla məsul şəxs Teador Bartus hər 4 ekspedisiyada da iştirak etmişdir. Hər iki rəhbər həm Qrunvedel həm də Le Coq ekspesiyalardan minlərlə fotoşəkillə yanaşı bir çox əşya və 40 mindən çox mətnlə Berlinə qayıtmışdır. 1902-ci ildə ilk araşdırma qrupu silah manufakturaçısı Fridrix Krupp tərəfindən maliyyələşdirilən bu səfərə başlamış, 1 il sonra isə xəzinələrlə dolu 46 sandıqla səfəri tamamlamışdı. Bunun nəticəsində həvəslənən II Vilhelm ikinci ekspedisiyanın maliyyələşdirilməsinə kömək etdi. Üçüncüsü isə Mədəniyyət Nazirliyinin vəsaiti hesabına maliyyələşdirilib. Le Coq rəhbərliyi altında dördüncü ekspedisiya bir çox çətinliklərlə üzləşdi və nəhayət, 1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması ilə yarımçıq qaldı.

Xüsusilə ikinci ekspedisiya zamanı Təkləmakan səhrası ətrafında qədim şimal marşrutu boyunca bir sıra yerlərdə mühüm tapıntılar aşkar edilmişdir.

Coğrafi mövqeyi Turfan şəhəri Şimali İpək yolu üzərində Çinin Sincan bölgəsində yerləşir. Şəhər dəniz səviyyəsindən 154 m aşağıda, 170 km² sahəni əhatə edir. Bura həmçinin almanların qiymətli sənət əşyalarını və bir çox dillərdə yazılmış mətnləri toplamaq üçün ekspedisiyaların aparıldığı arxeoloji sahədir.

Tarixi thumb|Albert Von Le Coq Əraziyə ilk beynəlxalq səviyyədə diqqət isveç səyyah Sven Hedin tərəfindən yetirilmiş, səyyah Avropalı və yapon arxeoloqları sözügedən Mərkəzi Asiyada arxeoloji tapıntı və kəşfiyyatlara uyğun perpektivli sahəyə cəlb etmişdir. Sven Hedin özü isə 1928-1935-ci illərdə Turfana son ekspedisiyasını həyata keçirmişdir. Səfər zamanı toplanan bütün materiallar günümüzdə Stokholm Etnoqrafiya Muzeyində saxlanılır.

Onun ilk təklifindən sonra 1879-cu ilin sentyabrın 27-dən noyabrın 21-ə kimi eləcə də 1914-1915-c illərdə bir sıra rus, 1906-1908-ci illərdə fin, 1908-19014-cü illərdə isə yapon tədqiqatçılar əraziyə səfər etmişdir. Həmçinin Böyük Britaniya, Fransa və Amerikadan da bir çox tədqiqatçı Turfana axın etmiş, 1928-ci ildən isə Çin arxeoloji kompaniyaları bu ekspedisiyaları davam etdirmişdir.

1899-cu ildə Romada açılan Beynəlxalq Şərq Elmləri sərgisinə gələn Klementz Dmitri Aleksandroviç və onun həyat yoldaşı Yelizaveta Nikalayevna Klements Berlinə gələrək görüşdən əvvəl Albert Qründvedellə görüşürlər. Albert Qründvedel 1893-cü ildə yazdığı "Buddistche Konst in India", yəni "Hindistanın Buddizm incəsənəti" adlı kitabı ilə bütün Avropada şöhrət qazanmış, Hindistan və Tibet buddizmi üzrə mütəxəssis kimi tanınırdı. Klementz onunla əlaqə saxladı və Qrünvedelə bildirdi ki, o, Sincan ekspedisiyası zamanı tapdıqları tarixi əsərləri həmin iclasda sərgiləyəcək və Prussiya hökuməti əgər razılaşarsa, Rusiya Elmlər Akademiyasının gələcək ekspedisiyasında Qrünvedel və komandasının iştirakını arzulayır. Klementz həyat yoldaşı ilə Romadakı görüşdən qayıdanda yenidən Berlində dayandı və Qrünvedellə görüşdü. Bu dəfə onlar Qrünvedelə Roma Beynəlxalq Sərgisində sərgilədiyi Turfan divar rəsmlərini göstərdilər. Bu rəsmləri gördükdən sonra Qrünvedelin Sincan bölgəsinə, xüsusən Turfana marağı daha da artdı. Bu səbəbdən 1902-ci ildə Qrünvedel özü Turfana ekspedisiya təşkil etmək qərarına gəldi, lakin bu, Prussiya Elmlər Akademiyası tərəfindən birmənalı qarşılanmadı. Ona görə də bu ekspedisiyanın bütün xərclərini özü toplamalı oldu. Səyahət pullarının bir hissəsini bəzi maliyyə qurumları, bir qismini fiziki şəxslərdən, bir qismini isə muzeydən toplanılmışdı. Onlar bu ekspedisiyada ruslarla əməkdaşlıq edə bilməsələr də, ruslar Qrünvedel və qrupuna tranzit bilet və hökumətin icazəsini almağa kömək etdilər. 1901-ci ilin oktyabrında Aurel Stein ikinci Sincan ekspedisiyasına başlamazdan əvvəl Berlinə gəldi və Sincan haqqında vacib məlumatları Qrünvedellə bölüşdü. 1902-ci il avqustun 11-də Qrünvedel Şərq tədqiqatçısı Hut və Etnoqrafiya Muzeyinin təcrübəli əməkdaşı Teodor Bartusla yola düşür. Onların hədəfi İpək Yolunun şərq tərəfindəki Turfan bölgəsi idi. İlk səfərin əsas istiqaməti Turfan olduğundan sonrakı səfərlər də “Turfan səfəri” adlanırdı.

Ekspedisiyalar left|thumb|261x261px|Turfanın coğrafi mövqeyi

Birinci Turfan ekspedisiyası 1902-1903 may

İstiqamət: Külcə-Urumçi-Turfan-Tokson-Qaraşar-Kuça-Kumutra-Qızıl-Aksu-Tumşuk-Maralbaşı-Qaşqar

1902-ci il avqustun 11-də Albert Qrünvedel, Corc Hut və Teador Bartus ilk ekspediya üçün yola düşdülər. İlk əvvəl onlar 10 saatlıq dəmiryolu səfəri ilə Peterburqa çatdılar. Orada məşhur türkoloq Vilhelm Radloff da onların qrupuna qoşuldu. Radlof Sincandakı Rusiya səfirliyi ilə əlaqə saxlayaraq səfər barədə onları məlumatlandırmış və kömək istəmişdi.

Daha sonra Peterburqdan Semeyə yola düşdülər. 18 sentyabrda isə Rus-Çin sərhəddinə çatdılar. Bu ərazinin ən əhəmiyyətli şəhərlərindən biri Külcə idi. Rus-müsəlman-tatar sahibkar Kazanov Fedorov onları qonaq etdi eləcə də , ərzaq tapmaqda köməklik göstərdi. Fedorov onlara həmçinin Budist mağaralarının rəsmlərini də göstərmişdi. 3 oktyabrda qrup kiçik karvanlar vasitəsilə Külcədən yola düşdü. Albert Qrünvedelin yoldaşına yazdığı məktubdan belə başa düşülür ki, onlar 4 oktyabrda Şui-dinə çatmış, 5 oktyabrı Usurqanda gecələmişdilər. 6-7 oktyabr tarixlərində Boro Coro dağlarından keçdikdən sonra isə 9 oktyabrda dağın zirvəsinə çata bilmişdilər. O yazırdı: " Oktyabrın 10-da biz U-taydan keçib Ta-kuon-Seyə çatdıq. Atlarımız çox yorğun olduğundan bir gecə burada qaldıq. Oktyabrın 12-də In-cho-ho və oktyabrın 13-də Xihuoya çatdıq. Onun hər bir hissəsi tamamilə Çin görünüşlü idi. Tarançılar, tatarlar və sartlar əhalinin az bir hissəsini təşkil edirdi. Oktyabrın 14-də Kumbulak bulağına gəldik. Biz burada düşərgə saldıq və sonra səhradan keçməli olduq. Heyvanlar və insanlar üçün həqiqətən işgəncə idi və biz bu yolu iki günə qət edə bildik.Oktyabrın 15-də hədsiz soyuqda səhrada kiçik bir qəsrdə gecələdik. Oktyabrın 16-da meşədən keçib Totoya, 17-də Kurt-tuya çatdıq. Yerləri otlu, bəzən çöl, meşəlik, qırqovul, kəklik, çöl qazları olan bu yerdən keçdik. Oktyabrın 18-də Si-Qu-Soya çatdıq, orada monqolları gördük. Oktyabrın 19-da güclü yağışa görə gecələməli olduq. Oktyabrın 20-də böyük Şihezi şəhərinə çatdıq. Şəhərə girəndə dar bazar ərazisində teatr tamaşası var idi, gözəl, rəngarəng mənzərə idi. Orada bazarda xüsusilə meyvələr, şaftalılar və gözəl üzümlər var idi. Bundan sonra bölgə çox maraqlı olmağa başladı. Hər yerdə qədim şəhərlərin və məbədlərin xarabalıqları var idi. Yan-Tse-Hsiyə ayın 21-də, SenTe-Ço-Dseyə isə 22-də çatdıq. Orada çin donu geyinmiş belçikalı missionerlərlə görüşdük, onlar bizi almanca salamladılar və çox vacib məsləhətlər verdilər. Oktyabrın 23-də böyük Manas şəhərinə, sonra 24-də To-Hu-Lo, 25-də Ço-Tu-By və Yu-Fo-Go-ya çatdıq və gecəni Şa-Da-Yo-pedə keçirdik və nəhayət, 27-də Urumçiyə çatdıq."

Bu komanda 1902-ci ilin dekabrından 1903-cü ilin aprelinə qədər Turfanda Singim, Bezeklik kimi yerlərdə qazıntı işləri aparmışdır. Bu ekspedisiya zamanı onlar soqd, çin, uyğur, monqol, tibet dillərində yazılmış çoxlu əlyazmalar, buddizm və manixeyizmlə bağlı çoxlu divar rəsmləri və digər tarixi əsərlər tapmışdılar. Ümumilikdə 44 tarixi sandıq əsər toplanılmışdı. Bu 44 sandıq əvvəlcə Sankt-Peterburq şəhərinə sonra isə gəmi ilə Berlinə göndərildi. Onlar 1903-cü ilin iyulunda öz ölkələrinə qayıtdılar. Noyabr ayında da qutular gəldi. İlk səfərdə əldə edilən əsərlərin sayı az olsa da, bu səfər sonrakı illərdə ediləcək səfərlərə hazırlıq idi.

İkinci Turfan ekspedisiyası Noyabr 1904- dekabr 1905 thumb|245x245px|Ekspedisiyalarda tapılmış rəsm əsəri İstiqamət: Urumçi-Turfan-Qumul-Turfan-Kuça-Qaşqar

İkinci ekspedisiya üçün xalqdan topladıqları ianələr 42.000 Mark təşkil etdi. Bunun 15.000 Markı tarixi əsərlərin daşınması üçün istifadə olunmuşdur. Maliyə problemini həll etdikdən sonra hazırıqlar bir həftə davam etdi. 1904-cü il sentyabrın 12-də komanda yenidən Berlindən yola düşdü. Onlar əvvəlcə, Peterburqa gəldilər. Burada Rusiya Elmlər Akademiyasının üzvləri ilə görüşüb, Almaniyanın buradakı konsulluğuna yollandılar. Bundan sonra Peterburqdan Moskvaya, oradan beş gün sonra Omsk şəhərinə çatdılar. Sentyabrın 29-da isə gəmiyə minərək İrtış çayı vasitəsilə Semeyə çatdılar. Qış fəslinin yaxınlaşdığını nəzərə alaraq tez hərəkətə keçməyə çalışsalar da, müəyyən səbəblərdən yalnız oktyabrın 2-də Semey şəhərini tərk etdilər. Arada on dayanacaqdan keçərək oktyabrın 4-də Sergi Bor şəhərinə çatdılar. Dörd gündən sonra onlar 11 dayanacaq keçərək Tarbaqatay vilayətinin sərhəd bölgəsi Baxtıya çatdılar və orada bir gün qaldılar. Daha sonra oktyabrın 9-da bir az irəlidə Çöçəkə doğru yola düşdülər. 2 noyabrda komanda Urumçi şəhərinə çatdı. Burada çin üslubunda tikilmiş məbəd gördülər və şəkillərini çəkdilər. Noyabrın 13-də Urumçidan Turfana yola düşdülər. Onlar noyabrın 17-də Turfana, ertəsi gün isə Astanaya gələrək, burada araşdırma aparmaq istədilər. Bura, uyğur əkinçilərinin və tacirlərinin yaşadığı şəhər idi. Burada Savut adlı bir əkinçinin evini kirayəyə götürdülər. Alman heyəti və rus heyəti hələ Rusiyada olarkən Turfan və Kuçada birgə qazıntı işləri aparmağa razılaşmışdılar. Lakin almanlar Turfana gələndə ruslar onları gözləmədən qazıntılara başladı. Von Le Coq Qrünvedelin göstərdiyi yerlərə getdi və orada da qazıntılar apardı. Amma istədiyi sayda əsər əldə edə bilmədi. Bu ekspedisiyada ələ keçirilən əşyalar 40 sandıq, hər sandığın çəkisi isə 60 kiloqram idi. Əsərləri əvvəlcə dəvəyə mindirərək Çöçəkə, sonra isə “Ümid Dərnəyi” vasitəsilə Avropaya göndərdilər. Mart ayında Turfanda İdikut ərazisində qazıntı işlərini davam etdirdilər. Onlar burada kifayət qədər çox şey tapa bilmişdilər. Dağıntılar arasında məbədin kitabxanasını tapdılar. Amma dağdan yağan qar selindən buraya xeyli ziyan dəymişdi. Bundan sonra aprel ayında Bəzəklik Min Budda mağarasına gəldilər. Von Le Coq burada sağ qalan mağara kamerasından bütün divar şəkillərini çıxartdırdı. Əslində, Qrünvedel ona bu bölgədəki rəsmlərə toxunmamasını söyləmişdi, lakin Von Le Coq növbəti dəfə gəlib-gəlməyəcəyini bilmədiyi üçün, buna bənzər bir çox başqa divar rəsmləri olduğu üçün onları sökməyə qərar verdi. May ayında Le Coq qazıntı zamanı tapılan əsərlərin toplanması və təşkili ilə məşğul oldu. Bu dəfəki ekspedisiyada əldə edilənlər 60 sandıqdan ibarət idi və hər birinin çəkisi 115 kq idi. İyun ayında Le Coq özü Urumçiyə getdi və Bartusu Yarhotoya (Yargül) göndərdi. İyulda yenidən Urumçiyə getdi və Bartusu Turfanın şimal tərəfindəki Bulaqa göndərdi. Bu iki qazıntıdan Bartus çoxlu tarixi əsərlər aşkar etmişdi. Bunları göndərdikdən sonra iyulun ortalarında Turfan çox isti olduğu üçün burada qalmaq istəmədilər və Qumula getməyə qərar verdilər.

Avqustda Lukçuna yola düşdülər. Avqustun 13-ü Qumul şəhərinə çatdılar. Qumulda çoxlu tarixi xarabalıqlar tapılmışdı. Buranı idarə edən Şah Maqsud Lukçunu idarə edən şəxsin qayınatası idi. Şah Maqsud bəy onlara öz bağını qazmağa icazə verdi. Bu yer dağ bölgəsinə yaxın olduğundan qar daşqınları nəticəsində zədələnmişdi. Ona görə də qazıntı üçün çox səy göstərilsə də, heç nə əldə oluna bilmədi. Avqustun 18-də Altam adlı yerdə Qrünvedeldən teleqram gəldi. Teleqramda o, oktyabrın ortalarında Qaşqara gələcəyini bildirirdi. Von Le Coq və komandası avqustun 21-də Qumuldan çıxıb Turfana getdilər və topladıqları tarixi əsərləri bir daha Avropaya göndərdilər. Sentyabrın 11-də yenidən yola düşdülər və 18 gün sonra Korlaya çatdılar. Burada bir müddət dincəldikdən sonra sentyabrın 24-də Bügürə gələ bildilər.

Sentyabrın 17-də nəhayət Kuçaya çatdılar. Onlar burada da bir buddist mağarasına rast gəldilər, lakin çox araşdırma və qazıntı aparmadan yola düşməli oldular. Sentyabrın 30-da Kuçadan yola düşdülər.

Üşüncü Turfan ekspedisiyası Dekabr 1905-aprel 1907