VMware, Inc. — ABŞ bulud hesablama və virtuallaşdırma texnologiyası şirkəti. Baş qərargahı Kaliforniyanın Palo-Alto şəhərində yerləşir. VMware x86 arxitekturasını virtuallaşdıran ilk kommersiya uğurlu şirkət idi.
"VMware"in masaüstü proqramı "Microsoft Windows", "Linux" və "macOS" sistemlərində işləyir. VMware ESXi, onun korporativ proqram təminatı hipervizoru, server aparatında işləyən əməliyyat sistemidir.
2022-ci ilin may ayında "Broadcom Inc." şirkəti "VMware"i 61 milyard ABŞ dolları dəyərində nağd pul və səhm əməliyyatı ilə satın almaq barədə razılaşma əldə etmişdir.
Tarixi "VMware" 1998-ci ildə Dayan Qrin, Mendel Rozenblam, Skott Divayn, Edvard Van və Eduard Bunyon tərəfindən təsis edilmişdir. Qrin və Rozenblam hər ikisi Berkli Kaliforniya Universitetində aspirant idilər. Eduard Bunyon 2005-ci ilə qədər "VMware"in baş memarı və texniki direktoru olaraq qalmış, sonradan "Nuova Systems"i (indiki "Cisco"nun bir hissəsi) təsis etmişdir. İlk il ərzində "VMware" 1998-ci ilin sonuna qədər təxminən 20 işçisi ilə gizli rejimdə fəaliyyət göstərmişdir. Şirkət rəsmi olaraq ikinci ilin əvvəlində, 1999-cu ilin fevralında Kris Şipli tərəfindən təşkil edilən DEMO Konfransında istifadəyə verilmişdir. İlk məhsulları olan "VMware Workstation" 1999-cu ilin may ayında buraxılmışdır. Şirkət 2001-ci ildə "VMware GSX Server" (host) və "VMware ESX Server" (hostless) ilə server bazarına daxil olmuşdur.
"VMware" 2003-cü ildə "VMware Virtual Center", "vMotion" və "Virtual SMP" texnologiyasını işə salmışdır. 64 bit dəstəyi 2004-cü ildə təqdim edilmişdir.
Cari məhsullar "VMware"in ən diqqət çəkən məhsulları onun hipervizorlarıdır. "VMware GSX" adlnan ilk tip 2 hipervizoru ilə populyarlaşmışdır. Bu məhsul sonradan iki hipervizor məhsul xəttinə çevrilmişdir: "VMware"in birbaşa aparat üzərində işləyən 1-ci tip hipervizorları və onların yerləşdirilən tip 2 hipervizorları.
Həmçinin bax Virtualbox OWASP
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:Bulud texnologiya provayderləri Kateqoriya:Virtuallaşdırma proqramı Kateqoriya:Microsoft Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər